Sahil qəsəbəsində dənizdə batma təhlükəsində olan şəxs xilas edilib Hadisə

Sahil qəsəbəsində dənizdə batma təhlükəsində olan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaşın batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Qeyd edilib ki, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1957-ci il təvəllüdlü Quliyev Sadiq Qubad oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.