Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır Siyasət

Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır

Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır.

APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Kansler bildirib ki, Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır.

“Yeni nəqliyyat və ticarət dəhlizləri böyük iqtisadi potensial yaradır və biz bu potensialdan birlikdə faydalanmaq istəyirik”, - deyə Fridrix Merts bildirib.