Merts: Azərbaycan Almaniyanın cənubunu qazla təmin edə bilər Siyasət

Merts: Azərbaycan Almaniyanın cənubunu qazla təmin edə bilər

"Azərbaycanın kifayət qədər enerji ehtiyatları var, bizi enerji ilə təchiz edə bilər".

APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Almaniya Kansleri bildirib ki, Almaniya üçün Azərbaycan vacib tərəfdaşdır: “Xüsusilə Azərbaycan Almaniyanın cənubunu qazla təmin edə bilər”.