Novruz Məmmədovdan daha bir tvit Hadisə

Novruz Məmmədovdan daha bir tvit

"Harada yerləşdiyimizi bilmədiyi halda, "Washington Post" "dəqiq məlumatları" kimdən alır?"

Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Washington Post" qəzetində Azərbaycanla bağlı nəşr olunan məqalələrə münasibət bildirib.
PA rəsmisi öz "Tvitter" səhifəsində "Azərbaycanın harada yerləşdiyini bilmədiyi halda, bu ölkə haqqında "dəqiq məlumatları", görəsən, "Washington Post" kimdən alır?", - deyə sual verib.
N.Məmmədov paylaşdığı statusunda Qərb demokratiyası ilə bağlı fikirlərini də ifadə edib.
"Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya elan edilib. Bu, demokratiyadır?", - deyə N.Məmmədov qeyd edib.