Fövqəladə hallar naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək Hadisə

Fövqəladə hallar naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 28-də saat 11:00-dan Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək. övqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, qəbulda yalnız Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinləri, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Nazirlik xatırladıb ki, qəbulda yalnız FHN-nin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Mingəçevirdəki Heydər Əliyev Mərkəzində noyabrın 27-dən saat 09:00-dan başlayacaq. Qəbula gələnlər şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.