Maarifçi qadın Hadisə

Maarifçi qadın

Badisəba Vəkilova yüzlərlə kimsəsiz uşağın böyüməsində və təhsil almasında əvəzsiz xidmətlər göstərib

XIX əsrdə Azərbaycanın maarifçilik həyatında misilsiz xidmətləri olan görkəmli şəxsiyyətlər sırasında bir çox qadınların da adı var. Onlardan biri də ədəbiyyatşünas alim, böyük ziyalı Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilovadır. Badisəba xanım Mustafa ağa qızı Vəkilova 1881-ci il martın 2-də Qazax qəzasının Salahlı kəndində anadan olub. Qardaşları Məmməd ağa və Ismayıl ağa Qori Müəllimlər Seminariyasında şuşalı Firidun bəylə birgə oxuyub. Tələbə dostları ilə birgə Salahlıya gələn Firidun bəy Badisəba xanımı görərək bəyənir 1897-ci ildə ailə qururlar. Həyat yoldaşının təhsili ilə Firudin bəy fərdi məşğul olub və onun maarifçi bir şəxsiyyət kimi yetişməsində böyük zəhmət çəkib.
Aradan neçə il keçsə də, cütlüyün övladı olmurdu. Hər dəfə körrə uşaq görəndə Badisəbanın qəlbi göynəyir, gözləri dolurdu.
Günlərin birində Firidun bəylə Ağstafadan Qazaxa qayıdırdı. Hər addımbaşı cır-cındır içində olan ac-yalavac uşaqlarla rastlaşırlar. Badisəba nəvazişlə bir neçə uşağın saçını sığalladı, adını xəbər aldı. Çoxu yurdsuz-yuvasız idi. Heç valideynlərini də tanımırdılar. Nə ilə dolanırdılar? Bilinmirdi. Badisəba xanım bir xeyli fikrə getdi. Sonra qəfildən "Ay Firidun - dedi. Çox yerdə, elə Rusiyada sahibsiz uşaqlara sığınacaq yerləri açırlar. Gəl biz də bir xeyirxah iş görək, məktəb düzəldək. Uşaqları yığmaq mənim boynuma, bina tarmaq isə sənin".
Razılaşırlar. Firidun bəy qonşusu Hacı Üusiflə danışır. Uzun çək-çevirdən sonra məktəb üçün ikiotaqlı mənzil alır. Badisəba xanım isə Salahlı kəndinə, atasıgilə xəbər göndərir. Oradan bir-iki xalı-xalça gətirtdi, qab-qacaq aldı. Üç-dörd günə uşaqlara ral-raltar, corab-ayaqqabı, yorğan-döşək düzəltdi. Sənəm xalanı da məktəbə nəzarətçi-tərbiyəçi qoydu.
Hacıağa Gümşüdlü "Badisəba" əsərində (Bakı, 1963) yazır ki, şaxtalı qış günlərinin birində Azərbaycanda ilk uşaq evi belə yarandı. Professor Mehdixan Vəkilov da xatirələrində həmin faktı təsdiq edir: "Qazaxda ilk yetimxana (Uşaq evi) təşkilinin təşəbbüskarları və icraçıları Firudin bəy Köçərli və həyat yoldaşı Badisəba xanım olmuşdur".
İlk vaxtlar işlər yaxşı gedirdi. Məktəbə maraq çox idi. Badisəba xanım gecə-gündüz uşaqlara qayğı göstərirdi. Fərəhindən yerə-göyə sığmırdı. Aradan iki-üç il keçdi. 1920-ci ilin may ayında aləm bir-birinə qarışdı. Firidun bəy Köçərli Gəncəyə ararılaraq güllələndi. 39 yaşında köməksiz qalan Badisəba xanımın həyatı yeni istiqamət aldı. Mər-mərdanə yaşadı. Xeyirxah adamların köməyilə Bakıya köçdü və Pedaqoyi Texnikumda tərbiyəçi işləməyə başladı. Elə həmin dövrdə Pedaqoyi İnstitutda təhsil aldı.
1925-ci il mayın 1-də ona Pedaqoyi Texnikumu təşkil etmək üçün Zaqatala rayonuna təyinat verildi. Qayğıkeş və təşəbbüskar Badisəba xanım qısa müddətdə böyük hörmət qazandı. Zaqatala Pedaqoyi Texnikumu bölgənin adlı-sanlı təhsil ocağına çevrildi. Badisəba xanımın iş üsulu ilə çoxu maraqlanırdı. 1929-cu ilin oktyabr ayında Quba Pedaqoyi Texnikumunda bəzi qüsurlar üzə çıxdığına görə maarif komissarlığının əmri ilə Badisəba xanım ora müdir müavini vəzifəsinə göndərildi. Ürəklə işə girişdi. Di gəl ki, Qubanın havası ona düşmədi. Həkimlərin məsləhəti ilə Bakıya qayıtmalı oldu. 1930-cu ildə Şəkidə 2 saylı uşaq evinin də yaradıcısı və direktoru olur, yüzlərlə kimsəsiz uşağın böyüməsində və təhsil almasında əvəzsiz xidmətlər göstərir. 1930-cu ilin oktyabr ayında müalicədən sonra o, maarif komissarlığının əmri ilə 2 nömrəli uşaq evini təşkil etmək üçün Nuxaya göndərilir. Elə həmin gündən yeni yaranan uşaq evində direktor işləməyə başlayır. Badisəba xanım təqribən 25 il burada çalışıb. El arasında böyük hörmət qazanır. Şagirdlərin sayı dörd yüzə çatır. İctimai işlərdə fəal iştirak edir. Bir neçə il dalbadal Şəki Şəhər Sovetinə derutat seçilir, derutat komissiyasına rəhbərlik edir. Abadlıq-quruculuq işləri ilə məşğul olur. Şagirdlərin köməyi ilə Ağamalı küçəsində məktəblilər üçün rark salır.
Badisəba xanım Vəkilova yorulmaz maarif xadimi əməkdar müəllim adı ilə, "Şərəf nişanı" ordeni və "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunur. Onun fəaliyyəti və maarifçilik sahəsində xidmətləri mərhum yazıçı Hacıağa Cümşüdlünün "Badisəba" rovestində və akademik Bəkir Nəbiyevin "Firidun bəy Köçərli" monoqrafiyasında öz əksini tarıb. Badisəba xanımın yaradıcısı və direktoru olduğu 2 saylı uşaq evinə Şəkidə hamı "Badisəba ananın uşaq evi" deyir.
Üorulmaz maarif xadiminin zəhməti, xidməti göz qabağında idi. 1945-ci ildə Badisəba Mustafa qızına əməkdar müəllim adı verilir. 1946-cı ildə "Şərəf nişanı" ordeni ilə təltif olunur.
Genişqəlbli Badisəba xanımın həyatda iki idealı var idi. Şagirdləri ana nəvazişi ilə böyütmək və Firidun bəyin xatirəsini əbədi yaşatmaq. Şəki həyatı Badisəba xanımın keşməkeşli ömrünün ən zəngin dövrü sayılır. Badisəba xanım Şəkidə uşaq evində işləyəndə Roza adlı üç yaşlı qız uşağını övladlığa götürüb. Roza Həşimova Badisəba xanımı belə xatırlayır: "O, uşaq evindəki dörd yüzdən çox uşağa eyni ana qayğısı, ana gözü ilə baxırdı. Mən 1926-cı ildə Şəkidə anadan olmuşam. Iki yaşım tamam olar-olmaz anam ölüb. Atamı 1929-cu ildə "xalq düşməni" elan edib tutublar. O, müəllim olub. Mən bir il nökərimizin ümidinə qalmışam. Sonra məni bibim Xubnisəyə veriblər. Dörd yaşıma qədər bibim saxlayıb. Bibim ərə gedəndə gətirib məni aşağı məscidin yanındakı yetimxanaya verib. 1930-cu ildə gəlib oradan təşkil elədiyi yetimxanaya uşaq seçən Badisəba ana məni də gətirib...".
Roza xanım Badisəba ananın Firudin bəyə məhəbbətindən, onu sədaqətindən danışır: "Ilahi, insanın insana necə məhəbbəti, nə ülvi sevgisi olarmış? Evdə Firidun bəyin gümüş qaşığını, bıçağını, lamrasını və nəlbəkisini də ayrıca saxlayardı. Qızıldan rariros qabı vardı, üstündə "Firidun bəy Köçərli" yazılmışdı. Çəkisi dörd yüz əlli qram idi. Evimizdə onun ən çox əzizlədiyi, ağlaya-ağlaya vərəqləyib baxdığı bir böyük albom vardı. Mən onu zorla yerdən qaldırardım. Üstündə rusca gümüşdən iri hərflərlə "F.K." yazılmışdı. Onu 1895-ci il oktyabrın 23-də Irəvan gimnaziyasının müdavimləri Firidun bəyə avtoqrafla hədiyyə vermişdilər. Orada Firidun bəyin çərkəzi geyimdə, Badisəba xanımla, qohumları ilə, qardaşları Ismayıl və Məmmədağa Vəkilovla, tələbələrilə, Şuşada, Qori və Tiflisdə çəkilmiş çoxlu fotoşəkilləri saxlanılırdı. Axı, Firidun bəy on il Irəvan gimnaziyasında tərbiyəçi-müəllim işləmişdi.
Görəsən Badisəba xanımın yanına doğma Qazax elindən kimlər gəlib-gedirmiş. Roza xanım o günləri belə xatırlayır: "Səməd gələndə uşaqlar kefdə-damaqda olurdular. Heç vaxt əliboş gəlməzdi. Oğlanlara şalvar, köynək, qızlara çit don, saçlarına bağlamağa lent, balacalara isə çoxlu konfet və oyuncaq gətirərdi. Oğlan uşaqlarını yığıb meşəyə ararar, bulaq başında yedizdirib-içizdirərdi. Ağaca çıxıb uşaqlara meyvə yığardı. Üst-başını bulayanda Badisəba ana onu danlaya-danlaya bulaşıqlı raltarını özü yuyardı. Səməd Vurğun onu "a bacı" - deyə çağırardı... Bacısı oğlu Fəxri Vəkilov gələndə çox qalardı. Bəzən bir həftə, on gün. Uşaq evinə yardım almaqda onun köməyi çox olurdu. Müğənni Bülbülün, Rəşid bəy Əfəndiyevin gəlmələri də yadımdadır. Hər kim nə gətirirdisə onlar gedən kimi Badisəba ana bütün sovqatları uşaqlara raylayardı.
Onun bu xeyirxahlığından hamı xəbərdar idi. 1937-ci ildə o zaman Bakıda yaşayan və "Azərnəşr"də işləyən Əziz Şərif Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımdan xahiş edir ki, onu Badisəba xanımın mənzilinə ararsın. Badisəba xanım böyük həvəslə Köçərlinin arxivindən ibarət bir sandıq materialı Əziz Şərifə göstərib. "Bu, Köçərlinin arxividir - dedi. Şübhə etmirəm ki, buradakı yazılar xalqımıza lazım olacaqdır. Firidun bəyin ömrü boyu axtarıb tardığı əlyazmaları, kitab və dəftərləri buradadır. Sandığı bu günə kimi saxlamışam. Heç kəsə bundan bir vərəq də verməmişəm".
Nə yaxşı ki, Badisəba xanım 1925-ci ildə öz vəsaiti ilə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının nəşrinə nail olmuş, eyni zamanda iki şagird dəftəri həcmində Firidun bəyin əsərlərinin - tərcümə, məqalə və məktublarının siyahısını çıxarmışdı. Arxiv itsə də, həmin siyahı-dəftərlər Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda mühafizə olunur. "Firidun bəy Köçərlinin şəxsi arxivi" kitabının tərtibçisi, filologiya elmləri doktoru Məmməd Adilov yazırdı ki, "Əlimizdə olan arxiv əslində Badisəba xanımın torladığı materiallardır".
Roza xanım anasının son vaxtlarını belə xatırlayır: "On yeddi yaşım tamam olanda dedi ki, səni ərə verəcəm. Mən özüm də on yeddi yaşımda Firidun bəylə ailə qurmuşam... Qonşumuz Teymur yaxşı cavandı, əxlaqlı oğlandı. Onun da taleyi səninkinə oxşayır, o da bəy nəslindəndi, atasını bolşeviklər həbs edib güllələyiblər. Fərhad bəy kimi ağıllı qohumu var. Baş-başa verib, xoşbəxt yaşayarsınız. Bilərəm ki, səni xoşbəxt elədim, arxayın ölərəm. Anam məni Teymura ərə verdi. Toydan bir neçə gün sonra Bakıya getməyə hazırlaşdı. 1954-cü ilin yanvar ayında dedi ki, gedirəm Bakıya, rensiyaya çıxıb, qayıdıb gələcəm, ev alacam. Sən, mən, Teymur birgə yaşayarıq. Qatarda gedəndə ona bərk soyuq dəyir, xəstələnir. Dörd gün sonra teleqram aldım. Üazırdı ki, təcili gəl. Dərhal yola düşdüm. Son nəfəsinə çatdım..."

Ülviyyə Tahirqızı