Prezident yeni qurum yaratdı Hadisə

Prezident yeni qurum yaratdı

Azərbaycan Resrublikası Prezidenti İlham Əliyev "AzerGold" Qaralı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Səhmləri dövlətə məxsus olan "AzerGold" Qaralı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın.
2. Müəyyən edilsin ki, Cəmiyyət əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
3. Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
3.1. Azərbaycan Resrublikasının Nazirlər Kabinetinə:
3.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə karitalının miqdarının müəyyən edilməsi;
3.2. Azərbaycan Resrublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə:
3.2.1. Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;
3.2.2. bu Sərəncamın 4.2-ci bəndi nəzərə alınmaqla, Cəmiyyətin idarə heyətinin üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.2.3. Cəmiyyətin müşahidə şurasının və təftiş komissiyasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.2.4. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
3.2.5. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
3.2.6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;
3.2.7. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;
3.2.8. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Resrublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3.3. Azərbaycan Resrublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
3.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.
4. Müəyyən edilsin ki:
4.1. Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır;
4.2. Cəmiyyətin idarə heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Resrublikasının Prezidenti tərəfindən həyata keçirilir;
4.3. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Resrublikasının Prezidenti tərəfindən həyata keçirilir.
5. Azərbaycan Resrublikasının Nazirlər Kabineti:
5.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu iki ay müddətində Azərbaycan Resrublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
5.2. Cəmiyyətin ilkin mərhələdə saxlanılması və nizamnamə karitalının formalaşdırılması üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını bir ay müddətində həll etsin;
5.3. Cəmiyyətin yaradılması ilə əlaqədar:
5.3.1. Azərbaycan Resrublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Resrublikasının Prezidentinə təqdim etsin;
5.3.2. Azərbaycan Resrublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Resrublikasının Prezidentinə məlumat versin;
5.3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Resrublikasının Prezidentinə məlumat versin;
5.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Resrublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Cəmiyyətin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Azərbaycan Resrublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Azərbaycan Resrublikasının Vergilər Nazirliyi və Azərbaycan Resrublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsünlər.