Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat naziri ilə görüşüb İqtisadiyyat

Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat naziri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüş keçirib.

“APA-Economics” xəbər verir ki, görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq və gələcək perspektivlər, BTQ dəmir yolu layihəsinin tam fəaliyyətə başlaması üçün görüləcək işlər, avtomobil nəqliyyatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

Eyni zamanda İKT, rəqəmsal transformasiya, süni intellekt və innovasiya sahələrində potensial əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.