Aİ 30%-lik ABŞ tariflərinə qarşı avqustun 1-dək razılaşma üçün çalışacaq Dünya

Aİ 30%-lik ABŞ tariflərinə qarşı avqustun 1-dək razılaşma üçün çalışacaq

Avropa İttifaqı avqustun 1-dək ABŞ-la razılaşma üçün işləməyə hazır olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen sosial media hesabında paylaşım edib.

AK Prezidenti Aİ-nin öz maraqlarını qorumaq üçün bütün lazımi addımları atacağını qeyd edib:

"Aİ ixracatına 30%-lik rüsum Atlantik okeanının hər iki tərəfindəki müəssisələrə, istehlakçılara və xəstələrə zərər verəcək. Avqustun 1-dək razılaşma üzərində işləməyə davam edəcəyik. Eyni zamanda, biz mütənasib əks tədbirlər əsasında Aİ-nin maraqlarını qorumağa hazırıq".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən etibarən həm Avropa İttifaqından, həm də Meksikadan idxal edilən mallara 30 faiz tarif tətbiq olunacağını açıqlayıb.