Çin: Yaponiya dəniz və havada risk yaradır​​​​​​​ Dünya

Çin: Yaponiya dəniz və havada risk yaradır​​​​​​​

Çin Müdafiə Nazirliyi Yaponiyanı təhlükəsizlik risklərinə səbəb olmaqda günahlandırıb.

Çinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tszyan Bin bildirib ki, Yaponiyanın hərbi gəmiləri və təyyarələri tərəfindən aparılan kəşfiyyat fəaliyyəti iki ölkə arasında dənizdə və havada təhlükəsizlik risklərinə səbəb olur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Son zamanlar Yaponiyanın Özünümüdafiə Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarələri dəfələrlə Şərqi Çin dənizindəki Çin hava hücumundan müdafiə tanıma zonasına daxil olaraq yaxın məsafədən kəşfiyyat aparıb”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Çin Hərbi Hava Qüvvələrinin təyyarələri bu hallarda qanuna uyğun olaraq yoxlama, identifikasiya, izləmə və müşahidə tədbirləri həyata keçirib. Tszyan Bin əlavə edib ki, Çin tərəfinin hərəkətləri tamamilə qanuni, məqsədəuyğun və peşəkar olub.

Məryəm Quliyeva