

11 İyul 16:12
11 İyul 13:56
Onunla ilk dəfə 2009-cu ildə Yardımlının peşəkar futbol komandasının yaradılması ilə bağlı müzakirələr aparmaq üçün görüşmüşdüm. Xeyli müzakirələrdən sonra məlum oldu ki, bu işdən ötrü böyük maddi vəsait tələb olunur. Məşqçilərin məvacibi, komanda üzvlərinin maaşı üçün büdcə yaradılmalı, avtobus, uniforma və s. ləvazımatlar alınmalıydı. Bir sözlə, ildə təxminən 150 min manat civarında pul lazım idi. Bu məbləği isə iş adamlarından əldə ətmək çox çətindi. O vaxt xalq şairi, rayondan deputat seçilmiş Sabir Rüstəmxanlının yanında da olduq. Məsləhətləşmlərdən sonra qərara gəldik ki, biz hələ buna hazır deyilik...
Həmin ilin yayında mən, haqqında söhbət açdığım Şahin Diniyev, Nazim Süleymanov və Arif Əsədov bir araya gəlib Yardımlıya yollandıq. Həmin vaxtlar rayonun polis rəisi Şamil Seyidli polis günü ilə əlaqədar kədlər arası futbol yarışı keçirirdi. Elə alındı ki, qaliblərin mükafatlandırılma mərasiiminə də qatılmalı olduq və I, II, III yerləri tutan komandalara kubokları onlar təqdim etdilər...
İyulun 12-si Şahin Diniyevin doğum günüdür. Şahin 1966-cı ildə Biləsuvar rayonunda dünyaya gəlsə də, əslən bizim dağlardan- Yardımlının Telavar kəndindəndir. Bir vaxtlar Azərbaycan milli futbol komandasının baş məşqçisi olub...
Şahini növbəti ad günü münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram.
59 yaşı mübarək olsun!
Elman Eldaroğlu