Prezident Türkiyənin Quru Qoşunları komandanını qəbul edib Hadisə

Prezident Türkiyənin Quru Qoşunları komandanını qəbul edib

Prezident İlham Əliyev Türkiyənin Quru Qoşunları komandanı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, görüş zamanı dövlət başçısı bildirib ki, Türkiyə Quru Qoşunları komandanı H.Akarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.
Hərbi sahədə əməkdaşlığımızı ikitərəfli münasibətlərimizin inkişafının tərkib hissəsi kimi dəyərləndirən prezident İlham Əliyev son illər bu istiqamətdə də mühüm nailiyyətlərin əldə olunduğunu deyib. Dövlət başçısı əməkdaşlığımızın bu sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmini qeyd edib.
H.Akar ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda yüksək təəssürat yaratdığını deyib.