“I Avropa Oyunları zamanı ibadət edənlərə şərait yaradılacaq“ Hadisə

“I Avropa Oyunları zamanı ibadət edənlərə şərait yaradılacaq“

Mübariz Qurbanlı: "0nların qaldıqları məkanlarda ibadət etmək üçün yerlər ayrılacaq"

"I Avropa Oyunları zamanı ibadət edən idmançılara və iştirakçılara qaldıqları yerdə ibadət üçün şərait yaradılacaq". "Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M. Qurbanlı qeyd edib ki, dinindən asılı olmayaraq hər kəsə ibadət etmək üçün şərait yaradılacaq: "Avropa Oyunlarının iştirakçıları həmin vaxt kifayət qədər məşğul olacaqlar. Ona görə də dini ibadət yerlərinə getmək vaxt baxımından onlar üçün mümkünsüz olacaq. Bunu nəzərə alıb onların qaldıqları məkanlarda ibadət etmək üçün yerlər ayrılacaq. Amma turistlərin vaxt imkanı olduğu üçün onlar rahat şəkildə məscidlərə, sinaqoqlara və yaxud kilsələrə gedə bilərlər".