Merts Bakıda Rusiya və Almaniya nümayəndələri arasındakı görüşdən xəbərsiz olduğunu deyib Siyasət

Merts Bakıda Rusiya və Almaniya nümayəndələri arasındakı görüşdən xəbərsiz olduğunu deyib

Almaniya kansleri Fridrix Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən qeyri-rəsmi görüş barədə məlumatsız olduğunu deyib.

Berlində Prezident İlham Əliyevlə birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələri arasında görüşün keçirilməsi barədə sualı cavablandıran Merts bildirib:

"Mən buna çox sadə bir cavab verə bilərəm: Belə bir görüş haqqında heç nə bilmirəm".

Qeyd edək ki, Prezident İlham Əliyev Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüşün keçirildiyini təsdiqləyib. O qeyd edib ki, görüş barədə öncədən Azərbaycan tərəfinə məlumat verilməyib, bu barədə "The Times" qəzetindən məlumat alıb.