21 İyul 20:45
BMT-nin İnsan Hüquqları üzrə Ofisi İsrailin Qəzzaya hücumlarını pislədi
Makron yeniyetmələrin sosial mediadan istifadəsinə qadağa qoyduğunu açıqladı
"Kups"un baş məşqçisi: Hələ də şansımızın olduğunu düşünürəm
Azarkeşlərimiz yəqin ki, məyus ayrılırlar - Valdas Dambrauskas
Tramp İranın yeni nüvə obyektinə zərbə endiriləcəyini açıqlayıb
21 İyul 22:54
609
ABŞ Prezidenti Donald Tramp İranın yeni nüvə obyektinə zərbə endirmək niyyətində olduğunu açıqlayıb.
Tramp Ağ Evdə Livan Prezidenti Cozef Aun ilə görüş zamanı jurnalistlərə bildirib: "Biz mütləq hücum edəcəyik. Onların danışdıqları yeni obyekti vuracağıq. Onlar nüvə obyektini yenidən yaratmağa çalışa bilərlər. Biz həmin yerə zərbə endirəcəyik. Onların nüvə silahları haqqında düşündükləri hər hansı bir yerə biz çox güclü zərbə endirəcəyik".
Trampdan İran hakimiyyətinin Nətənz yaxınlığındakı Kirk dağının altındakı yeni obyektə santrifüq köçürüb-köçürmədiyi soruşulub. Prezident ABŞ-nin bunu dəqiq bilmədiyini etiraf edib. "Məlumatlar bir çox hallarda səhvdir, amma iranlılar bunu edə bilər. Bəlkə də bu doğrudur".
Tramp əlavə edib ki, ABŞ həmin əraziyə, yəqin ki, çox tezliklə zərbə endirəcək: "Və onlar bu barədə heç nə edə bilməzlər. Mən adətən belə şeylər demirəm. Əgər onların bu barədə bir şey edə biləcəklərini düşünsəydim, heç vaxt bunu deməzdim. Biz həmin əraziyə çox tezliklə zərbə endirəcəyik. Və çox güclü şəkildə".
21 İyul 22:58
651
21 İyul 21:42
770
21 İyul 20:45
756