Kiprdəki gənclərimiz bayram tədbiri keçirib Mədəniyyət

Kiprdəki gənclərimiz bayram tədbiri keçirib

Şimali Kipr Türk Cümhuriyyətində Doğu Akdeniz Universiteti nəzdində fəaliyyət göstərən "ACYO" Azərbaycan Kipr Gənclər Təşkilatının təşkil etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib. Bu haqda Azərbaycan Kipr Gənclər Təşkilatının mətbuat katibi Rəşad Bədirli məlumat verib.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrasının müəllimi Əligül Ağayev, Şimali Kipr Türk Respublikasının millət vəkili Zorlu Töre, Kiprdəki universitetlərdə işləyən Azərbaycanlı və xarici müəllimlər və eyni zamanda Kiprin digər universitetlərində də təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak ediblər.
Tədbir Kiprdəki universitetlərdə təhsil alan Azərbaycanlı və xarici tələbələrin Azərbaycanı təbrik etdiyi video çarx, Azərbaycan prezidenti təqaüdçüsü, eyni zamanda Azərbaycan Kipr Gənclər Təşkilatının baş katibi Raul (Məsum) Diniyevin xalça üzərində "Muğam" və "Qarabağın maralı" adlı Azərbaycan xalq mahnısını oxuyub. Azərbaycan və Türkiyə himnlərindən sonra Azərbaycan Kipr Gənclər Təşkilatının prezidenti Toğrul Abbasovun çıxışı ilə açılıb. Toğrul Abbasov çıxışı zamanı qonaqların və dünya Azərbaycanlılarının həmrəylik bayramını təbrik edib. Yeni yaranmış Azərbaycan Kipr Gənclər təşkilatının 6 fəal gənc tərəfindən yarandıldığını deyərək təşkilatın gələcək planlarından danışıb.
Doğu Akdeniz Unversteti Türk konseyi sədri Melih Yıldırım çıxış edərək bayramımızı təbrik edib.
Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrasının müəllimi Əligül Ağayev Azərbaycan xalqını təbrik edərək bu bayramın bizim üçün nə qədər önəmli olduğundan danışıb.
Ahmet Sözen Azərbaycan xalqının həmrəylik gününü səmimi qəlbdən təbrik edib, xalqımıza olan sevgi və sayqılarını çatdırıb.
Şimali Kipr Türk Respublikasının millət vəkili Zorlu Törə çıxışı zamanı bu yalnız Azərbaycanlıları deyil türk dünyasını təbrik edərək Azərbaycanın həmrəylik bayramı türk dünyasının bayramıdır deyib. Çıxışından sonra Azərbaycan Kipr Gənclər Təşkilatının prezidenti Toğrul Abbasova Rauf Raif Denkdaşın şəkili və sözləri yazılan bir tablo hədiyyə edib.
Azərbaycan Yazıçılar Birliyinin üzvi Raul Məsum günün tarixi haqda qısaca danışdıqdan sonra yazmış olduğu "Azərbaycan" şeirini də oxuyub.
Daha sonra tədbir Azərbaycanlı tələbələrin hazırladıqları milli rəqslər və mahnılarla davam edib.
Azərbaycandan Kiprə bayramı tələbələrlə birlikdə keçirməyə gələn tədbirin supriz qonağı, Azərbaycanın Xalq artisiti Flora Kərimova öz mahnılarıyla səhnədə çıxış edib. Azərbaycandan gələn digər musiqili qonaq Aqşin Tariyeloğlu saz ilə Azərbaycan mahnılarını səsləndirib. Bayram şənliyinin sonunda bayram tortu kəsilib.