“Dünya romantizm ənənələri və Hüseyn Cavid” Mədəniyyət

“Dünya romantizm ənənələri və Hüseyn Cavid”

Professor Əjdər İsmayılovun cavidşuaslıqda mühüm yer tutan əsəri yenidən çap olunub

Bu günlərdə cavidşunas alim, professor Əjdər Tağıoğlunun (İsmayılovun) 1983 cü ildə "Elm" nəşriyyatı tərəfindən çap edilmiş cavidşuaslıqda mühüm yer tutan "Dünya romantizm ənənələri və Hüseyn Cavid" adında kitabı oxucuların tələbini nəzərə alaraq latın qrafikasıilə "Elm və təhsil" nəşriyyatından nəfis şəkildə yenidən çapdan çıxarılaraq cavidsevərlərin ixtiyarına verilmişdir.
Ədəbiyyatşünaslığımızda aparıcı nüfuza malik görkəmli alimlərimiz bu monoqrafiyaya qədər, Azərbaycan romantizminin yaranmasını 1905-1917-ci ildə baş vermiş tarixi hadisələrlə əlaqələndirmişlər. Problemə bu mövqedən yanaşma Hüseyn Cavıd romantizmini bir istiqamətdə Nizami ilə başlanan klassik fəlsəfi romantik poeziyanın ənənələrindən məhrum edir, ikinci bir istiqamətdə mütəfəkkir şairi dünya ədəbiyyatının Şekspir, Bayron, Şiller, Höte və başqa nəhəng korifeyləri ilə bir sırada dayanmaq hüququnu məhdudlaşdırırdı.
Müəllif ona görə də Hüseyn Cavid romantizminin konteksində dünya ədəbiyyatının romantik korifeyləri arasında tipoloji araşdırmalar aparır və Azərbaycan romantizmini dünya romantizminin tərkib hissəsi kimin təhlilə çəkir.