Hüseyn Cavidin “Səyavuş”u Mədəniyyət

Hüseyn Cavidin “Səyavuş”u

I yazı

Firdovsinin "Şahnamə" əsəri özündən sonrakı dünya ədəbiyyatına, xüsusən də Şərq xalqlarının ədəbiyyatına güclü təsir göstərib. Qə¬dim tarixi, mifoloji, məişət və dini köklərə söykənən "Şahnamə" özü¬nün tükənməz və zəngin mövzuları, motivləri, süjet və obrazları ilə hər zaman ədiblərin və şairlərin diqqətini özünə cəlb edib və hər kəs imkanları daxilində ondan yararlanmağa çalışıb. Azər¬baycanda "Səyavuş və Südabə" dastanına hər zaman böyük maraq ol¬ub, ədib və şairlər bu mövzuya müraciət ediblər. XX əsr Azər¬bay¬can ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri və Azərbaycan ədəbiyyatında ilk mənzum pyesin müəllifi Hüseyn Cavid (1882-1941) də özünün "Səyavuş" faciəsini məhz Firdovsinin "Şahnamə" eposun¬dakı "Səyavuş və Südabə" dastanının motivləri əsasında qələmə alıb. Qeyd edək ki, böyük şair-dramaturq mənzum faciəsini Firdov¬sinin 1000 illiyi münasibətilə 1933-cü ildə qələmə alıb.
H.Cavidin "Səyavuş" əsərində hadisələr Zabilistanda başlayır. Səya¬vuş burada Rüstəm və digər pəhləvanların yanında döyüş təlimi və tər¬biyə alır. O, həddi-büluğa çatdıqdan sonra atası Kavus onu öz yanına, pay¬taxta dəvət edir. Səyavuşun saraya təşrif gətirməsi münasibətilə böyük bir ziyafət təşkil olunur. Kavus Səyavuşu analığı Südabəni görmək və onu ziyafətə dəvət etmək üçün Südabənin sarayına göndərir. Səyavuşu görən analığı bu gəncə vurulur və ona öz məhəbbətini izhar edir. Ancaq Səyavuş Südabəyə deyir ki, sən mənim anamsan. İstədiyinə nail ola bilməyən Südabə yaxasını cırır və haray salaraq guya Səya¬vuşun atasına xəyanət etmək istədiyini bəyan edir. Kavus onların günah¬sızlıqlarının sübutu üçün atəşdən keçmələri barədə göstəriş verir. Din xadimləri və münəccimlər Siyavuşun günahsız olduğunu söyləyir və təklif edirlər ki, birinci olaraq Südabə oddan keçməlidir. Ancaq Südabə oddan keçməkdən boyun qaçırır və Siyavuşa olan sevgisini eti¬raf edir. Kavus əmr edir ki, Südabənin boynu vurulsun. Lakin Siyavuş və şahın vəziri Kavusdan Südabəni əfvini xahiş edirlər. Kavus Sü¬dabəni öldürməkdən vaz keçsə də, onun zindana salınması və heç kimlə görüşməyə icazə verilməməsi barədə göstəriş verir.
İkinci səhnədə Kavus Turan qeysəri Əfrasiyabın qalasının yaxınlı¬ğın¬da qala tikdirir. Bu zaman Çin ölkəsi həm İran və həm də Turanla siyasi əlaqələr saxlayırdı. Rəqqasə sifəti ilə bir çinli qadın elçi sifəti və Kosa adı ilə çinli bir kişi Turanla ranın arasını vurmaq məqsədi ilə meydana çıxırlar. Cavid onları şər qüvvələrin təmsilçisi kimi canlan¬dı¬rır. Kavusun çinli rəqqasədən xoşu gəlir və ona Dürdanə adı verir. Dür¬danə Kavusdan xahiş edir ki, onun Kosa ilə birlikdə İranda qalmasına icazə versin. Kavus buna razılıq verir və çinli rəqqasə qız Kavusun sa¬rayında qalır, rəqqasəliklə və müğənniliklə məşğul olur.
Bu arada İranın Çinlə sərhəddində xalq iğtişaşa qalxır. Səbəbi isə bir tərəfdən İran əsgərlərinin, o biri tərəfdən isə Turan qaçaqlarının xalqı incitməsidir. Kavus iğtişaşları yatırmaq üçün Səyavuşu həmin əraziyə göndərmək istəyir. Südabə buna etiraz edir və Səyavuşun müharibəyə get¬məsini istəmir. Onun etirazına baxmayaraq, Səyavuş yola düşür. O, əhalini incidən çinli vali ilə üz-üzə gəlir. Səyavuş xalq ilə çinli valini həbs edir və zindana salır.
Turan tərəfdən Piran Səyavuşun yanına gəlir və onunla sülh bağlan¬ması barədə danışıq aparır. Tərəflər İranla Turan arasında sülh bağlan¬ma¬sına qərara verirlər. Bunu eşidən Kavus əsəbiləşir və Rüstəmə deyir ki, sən və Səyavuş xainsiniz. Bu hadisədən sonra Səyavuş Turana gedir və ov edən Firəngizlə qarşılaşır. Daha sonra o, Turanın qeysəri və da¬yısı Əfrasiyabın yanına yollanır. Əfrasiyab ona təklif edir ki, qızı ilə ev¬lənsin və onun yanında qalsın. Səyavuş yolda ov edən bir qızla tanış olduğunu və ona vurulduğunu söyləyir. Məlum olur ki, o, Əfrasiyabın ona evlənmək təklif etdiyi qızı Firəngizlə görüşüb. İran-Turan sülhü İran tərəfindən Səyavuş və Turan tərəfindən Piran ara¬sında bağlanır. Bundan rahatsız olan Kavus ilə Rüstəmin münasibət¬ləri pozulur və Rüstəm belə qərara gəlir ki, Səyavuşla Zabula geri dön¬sün. Ancaq artıq Səyavuş Turanda idi və Əfrasiyabın qızı Firəngizlə ev¬lənmişdi. Əfrasiyab Səyavuşa tac və var-dövlət təklif edir. Ancaq Səyavuş qə¬bul etmir. Bu arada Firəngizin əmisi və Turan şahı olmaq xəyalı ilə ya¬şayan pəhləvan Gərsivəz qardaşının Siyavuşa bəslədiyi münasibətdən na¬rahat olur və Səyavuşa paxıllıq edərək onu ortadan qaldırmaq barədə düşünür.
Xalqa zülm edərək iğtişaşlara səbəb olmuş və Səyavuş tərəfindən zin¬dana atılmış vali və onun müşaviri bir ildən sonra həbsxanadan qa¬çır, ancaq təkrar həbs olunurlar. Xalq və ordu onların cəzalandırılmasını və dar ağacından asılmasını tələb edir. Gərsivəz isə Səyavuşdan xahiş edir ki, onları əfv etsin və onun ixtiyarına versin. Firəngiz də Səyavuş¬dan təvəqqə edir ki, əmisinin sözünü yerə salmasın. Bu zaman elçi Kosa və rəqqasə qız məclisə daxil olurlar. Rəqqasə qıza oxuyub-oyna¬maq və şərab paylamaq tapşırılır. Sonra Kosa rəqqasə qızdan tələb edir ki, Südabənin tapşırdığı zəhəri Səyavuşun qədəhinə tökərək onu öldür¬sün. Rəqqasə qız bunu etməkdən boyun qaçırır. Kosa qəzəblənir və ona deyir ki, deməli, sən də Səyavuşa vurulmusan? Ona görə də onu öldür¬mək istəmirsən? O, zəhər şüşəsini rəqqasə qızdan almaq istəyir. Rəq¬qasə qız isə guya bilmədən onu yerə salıb sındırır. Bu zaman Kosa böy¬ründən bir xəncər çıxarır və deyir ki, mən Səyavuşun işini bununla bitirərəm. Ancaq rəqqasə qız xəncəri onun əlindən qapır. Pərdənin ar¬xa¬sın¬dan onların söhbətlərini eşidən Firəngiz məclisə daxil olur və rəq¬qasə qızdan aldığı xəncərlə Kosanı cəhənnəmə vasil edir.
Gərsivəz Siyavuşu aradan götürmək üçün vali və müşaviri üçün qo¬şun toplayır. Bu zaman Südabənin dayəsi Rübabə daxil olur və Gər¬si¬vəzə bir məktub verir. O məktubu Kavus oğlu Səyavuş üçün göndər¬miş¬di. Məktubda deyilirdi ki, Tus və Rüstəm Zabuldan, Çin xaqanı Çin tə¬rəfdən Turana hücum edəcəklər. Sən də öz qoşununla öz tərəfindən Tu¬rana hücum et və Əfrasiyabı əsir götür.
Bu vaxt Əfrasiyab gəlib çatır və Gərsivəz ona deyir ki, Səyavuş xain¬dir. Lakin Əfrasiyab buna inanmır. Belə olanda Gərsivəz Kavusun Si¬yavuşa yazdığı məktubu ona göstərir və əlavə edir ki, Səyavuş xaindir və sui-qəsd hazırlaqıb. Bu zaman Səyavuş arvadı Firəngizlə gə¬lir¬. Əfrasiyab atasının məktubunu ona verir. Məktubu oxuyan Səyavuş deyir ki, mən atamın tapşırığına əməl etməyəcəm. Firəngiz də atasına yalvarır və deyir ki, Siyavuş günahsızdır. Belə olan halda Əfrasiyab Səyavuşa təklif edir ki, o, öz qoşunu ilə İrana hücum etsin və onu yerlə yeksan eləsin. Səyavuş bu təklifi qəbul etmir. Belə olanda Əfrasiyab onun tutulması barədə göstəriş verir. Səyavuş deyir ki, əgər mən xain olsaydım, Sizin yanınıza əli silahsız gəlməzdim. O, onu tutmaq istəyən əsgərlərə müqavimət göstərir və onlara qalib gəlir, valinin müşavirini yaralayır, Gərsivəzi isə qovaraq öldürür. Daha sonra xalqın əhatəsində geri qayıdır və Əfrasiyaba deyir ki, mənim atam Kavus da, sən də hər ikiniz zalımsınız.
Firdovsinin "Səyavuş və Südabə" dastanı ilə H.Cavidin "Siyavuş" pyesinin müqayisəsi göstərir ki, onların bir çox oxşar və fərqli cəhətləri var. Hər şeydən əvvəl, hər iki əsərin baş qəhrəmanı Siyavuş Za¬bulustanda Rüstəmin yanında təlim-tərbiyə alır və əsl pəhləvan kimi ye¬tişir. Firdovsinin əsərində Südabənin Siyavuşla tanışlığı belə baş verir. Bir gün Kavus oğlu Səyavuşla sarayda əyləşmişdilər. Bu zaman Sü¬dabə içəri girir və Səyavuşu görən kimi ona aşiq olur. O birisi gün Sü¬dabə Siyavuşu öz sarayına dəvət edir, lakin Siyavuş bu dəvəti qəbul etmir. O zaman Südabə Kavusdan xahiş edir ki, Siyavuşu onun sarayına gön¬dərsin, çünki bacıları Səyavuşu görmək istəyirlər. Kavus Siyavuşa göstəriş verir ki, get Südabənin sarayına, bacıların səni görmək istə¬yirlər. Səyavuş Südabənin sarayına gəlir və Südabəni tam bəzənərək ba¬şında tac zümrüd rəngli taxtında kənizlərin yanında oturmuş görür. Səyavuşu görən Südabə yerindən qalxır, onu bağrına basır və üz-güzün¬dən öpməyə başlayır. Südabənin yersiz hərəkətləri, məzəmmətedici aşiqanə sözləri və öpüş¬ləri Səyavuşu bezdirsə də, onu qəzəbləndirmək istəmir. Bunula belə, özünü Südabənin qucağından kənara çəkir və ona ana deyə müraciət edir və sürətllə saraydan çıxır.
Bir müddətdən sonra Südabə təkrar Səyavuşu sarayına dəvət edir və ona aşiq olduğunu söyləyir. O, Səyavuşu atasına xəyanət etməyə təhrik edir və onu hədələyir ki, əgər mənim istədiklərimi etməsən, dün¬yanı sənə qara edərəm. Bunu eşidən Səyavuş ayağa qalxır və Südabənin sarayını tərk etmək istəyir, lakin Südabə onun ətəyindən yapışaraq bu¬rax¬mır, qorxur ki, Səyavuş onun bu hərəkətini atasına çatdırar və onu rüsvay edər. Südabə dırnaqları ilə üzünü cırır, qışqırır və yetişən Ka¬vu¬sa deyir ki, Səyavuş mənə təcavüz etmək istədi. Kavus fikrə gedir, Səyavuş isə günahsız olduğunu bildirir. Kavus belə qərara gəlir ki, kahinlər və başbilənlərlə məsləhətləşsin. Onlar da Südabə və Səyavuşun oddan keçərək günahsızlıqlarını sübut etmələri barədə məsləhət verirlər. On¬lara görə, od günahsız insanı yandırmaz.
Həm Firdovsidə, həm də H.Caviddə Kavus kahinlərlə məsləhətləşir. Ancaq H.Cavidin "Səyavuş" əsərində Səyavuşun oddan keçməsi mə¬sə¬ləsi qoyulmur. Bundan başqa H.Cavidin pyesində Səyavuşla bağlı ma¬cəralar bir neçə səhnədə təzahür edir. Əslində bu bir neçə səhnədə bö¬yük mütəfəkkir öz ideya və düşüncələrini ortaya qoyur. Firdovsinin əsərində Südabə şəhvətpərəst bir qadındır. O, ləyaqətsiz məqsədinə çatmaq üçün hər cür mənəvi dəyərləri tap¬da¬layır. Onu ancaq ögey oğluna olan heyvani hissləri maraqlandırır. O, Sə¬yavuşla bir neçə görüşdən sonra açıq şəkildə öz eşqini ona bəyan edir. Firdovsi Südabənin timsalında pozğun və əxlaqsız bir qadın obrazı yaradıb. Şairin Südabə obrazı onun digər qadın obrazlarından kəs¬kin fərqlənir. Bu fərqlənmə Südabənin əxlaqsızlığında, xain¬liyində, yalançılığında, hiyləgərliyində və qansızlığında özünü biruzə verir. Məhz elə bu cəhətlərinə görə o, Rüstəm tərəfindən öldürülür. H.Cavidin "Səyavuş" pyesində Südabənin ögey oğluna qeyri-qanuni eşqi qabarıq bir şəkildə təqdim olunur. "Səyavuş" pyesində Südabə Suriya ölkəsinin şahzadəsidir. Onun da¬yəsinin adı isə Rübabədir. Ancaq Firdovsodə Südabə Hamavəran ölkə¬sinin şahzadəsidir, onun dayəsinin adı isə göstərilmir.

Əbdülrza Balazadə,
araşdırmaçı