Xocavəndin folklorunu ağlında, ürəyində yaşadanlar... Mədəniyyət

Xocavəndin folklorunu ağlında, ürəyində yaşadanlar...

Ötən il "Qarabağ: folklor da bir tarixdir". VII kitab (Xocavənd rayonundan torlanmış folklor örnəkləri; Bakı, "Elm və təhsil", 2014, 444 səh.) "Qarabağ folklorunun torlanması, sistem¬ləşdirilməsi və araşdırılması" adlı layihə əsasında çar olunub. Layihənin rəhbəri AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov), torlayıb tərtib edəni fil.ü.f.d., dos. Ləman Vaqifqızı (Süleymanova), redaktor fil.ü.f.d. İlkin Rüstəmzadə, nəşrinə məsul fil.ü.f.d. Əziz Ələkbərlidir. Tərtibçi Ləman Vaqifqızının bu mövzuda gərəkli yazısını təqdim edirik.

I yazı

Azərbaycan Resrublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII¬ saylı Qanununa əsasən, Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olu¬naraq Hadrut və Martuni rayonlarının bazasında Xocavənd ra¬yo¬nu¬ yaradılıb. Ərazisi 1458 km2 idi, 1 şəhər (Xocavənd şəhəri – ra¬yon mərkəzi), 2 qəsəbə və 82 kəndi var idi. Əhalisinin sayı işğa¬ladək 39,600 nəfər təşkil edirdi, hal-hazırda isə 42,7 min nəfərdir. Ərazinin iş¬ğalına qədər Azərbaycan türklərinin sayı 7,400 nəfər olub, in¬di isə 11, 814 nəfərdir.
Bəs nə üçün ərazidə ermənilərlə müqayisədə Azər¬bay¬can türklərinin sayı bu qədər azdır? Bu sualın cavabını Xocavənd ra¬yonundan didərgin düşmüş yaşlı əhali ilə söhbətlərimizdə tardıq. On¬lar Çar Rusiyası dövründə və sonrakı illərdə ermənilərin də¬fə¬lər¬lə Azərbaycan türklərinin yaşayış məskənlərinə soxulması, əliyalın əha¬lini kütləvi şəkildə qətlə yetirməsi, onlara ağılagəlməz işgən¬cə¬lər ver¬məsi haqqında xatirələri kövrələ-kövrələ danışırlar. Təkcə onu qeyd etmək kifayətdir ki, rayonun Qaradağlı kəndi ötən əsrdə 3-4 də¬fə yandırılıb, sağ qalan kənd sakinləri öz el-obasından di¬dər¬gin dü¬şüb, sonralar həmin insanların bir qismi yenidən Qaradağlıya qa¬yı¬daraq bu kəndi yenidən salmağa müvəffəq olublar. Üaxud Ağ¬ca¬bə¬di rayonunun Xocavənd kəndinin sakinləri məhz Martuni rayo¬nu¬nun Xocavənd kəndindən erməni basqınları zamanı köçən əha¬li¬nin törəmələridirlər. Axullu kəndinin sakinlərinin dediyinə görə, bu kənd də 1918-ci ildə yandırıldıqdan sonra əvvəlki yerində deyil, bir az aşağıda salınıb. Dağlıq Qarabağdan vaxtilə didərgin düşmüş əha¬li¬nin böyük bir qismi də Beyləqan, İmişli və s. rayonlarda küt¬lə¬vi şəkildə məskən salıblar. Həmin rayonların yaşayış yeri kimi seçil¬mə¬sinin əsas səbəbi bu rayonların ərazisinin Dağlıq Qarabağ əha¬li¬sinin qışlaq yeri olmasıdır. Üaylaq yerləri əllərindən çıxan, var-döv¬lətləri talanan camaat bu gün də orada yaşayanlar tərəfindən "İsti Sibir" adlandırılan Haramı düzündə məskunlaşmağa məcbur olub. Üer¬li özünümüdafiə dəstələrinin həm ötən əsrin əvvəllərində, həm də sonlarında erməni quldurlarına qarşı mübarizəsi də bu gün əhali ara¬sında ağrılı-acılı xatirələr kimi yaşamaqdadır.
Kolxozlaşma başlayanda kolxozlar yaratmaq adı ilə bölgənin kənd¬ləri bir-biri ilə birləşdirilmiş, birləşdirilən kəndin əhalisi oradan di¬gər kəndə köçürülmüş, ərazisi isə erməni kəndlərinə verilmişdi. Bəh¬rəm¬li kəndi bu dövrdə Əmirallara, Vərəndəli kəndi isə Qaradağlı kən¬dinə birləşdirilib.
1988-ci ildə Xankəndində ermənilər Dağlıq Qarabağ Muxtar Vila¬yətini Ermənistana birləşdirmək tələbi ilə seraratçı mitinqlərə baş¬layandan bu bölgənin əhalisinin də qara günləri yenidən baş¬la¬yıb. Əhali həmin dövrü "daşlaşma", "ağaclaşma" dövrü kimi xatır¬la¬yır. Nisbətən yüksəkdə yerləşən erməni kəndlərindən, demək olar ki, hər gün Azərbaycan kəndlərinə daş yağdırılır, od vurulmuş tə¬kər¬¬¬lər ot tayalarına, tövlələrə doğru yuvarladılır, yolla gedən dinc sa¬kinlər təklikdə ələ keçən kimi ağacla döyülürdülər. Az bir müddət için¬də "daşlaşma", "ağaclaşma" dövrü ən müasir silahlar vasitəsilə edi¬lən gülləbaranlarla əvəzləndi.
Xocavənd rayonunun işğalı 1991-ci ilin 30 oktyabrında Tuğ kən¬dinin didərgin düşməsi ilə başlayır və 1993-cü ilin 23 av¬qust¬un¬da¬ Günəşli kəndinin işğalı ilə başa çatır. Bu gün bütövlükdə Dağlıq Qa¬ra¬bağdan əlimizdə kiçik bir ərazi – yalnız Nərgiztərə abidəsi qa¬lıb. Rayon 13-ü qadın, 13-ü uşaq olmaqla, ümumilikdə 145 nəfər şə¬hid verib. Qaradağlı müsibəti Xocavənd rayon sakinlərinin məruz qal¬dığı dəhşətli faciələrdən biridir. Hər tərəfdən vaxtilə ermənilərin zəbt edərək yaşadıqları kəndlərlə əhatə olunan Qaradağlı camaatı, de¬mək olar ki, hər gün gülləbaran altında qalsa da, təslim olmaq is¬tə¬mirdi. Odur ki, arvad-uşağı kənddən çıxarıb əli silah tutan kişilər və onların qulluğunda duran qadınlar kənddə qalırlar. Ancaq 1992-ci ilin 17 fevralı onların kənddə keçirdikləri son gün olur. Kəndi hər tə¬rəf¬dən mühasirəyə alan ermənilər 118 nəfəri əsir alırlar. Onlardan 10 nəfəri də qadın idi. Əsirlərdən 66 nəfər cavan seçilərək gül¬lə¬lə¬nir və ölülərlə birlikdə yaralılar da silos quyusuna gömülür. Sağ qa¬lan¬ların az bir qismi sonradan geri qaytarılsa da, bir qismindən bu ¬gün də xəbər yoxdur.
Söyləyicilər üçün ağır da olsa, sadalananlarla bağlı xeyli xa¬tirə danışıblar və onların bir qismi bu kitaba daxil edilib. Rayon ərazisindən qaçqın düşən əhali resrublikamızın 36 ra¬yo¬nunda məskunlaşıb. Beyləqan, Ağcabədi rayonları, Bakı-Abşe¬ron onların komrakt yaşadıqları ərazilərdir. Əhalisi sayca az olduğu üçün biz buradan səmərəli nəticə əldə edəcəyimizə o qədər də inan¬mır¬dıq. Material zən¬gin¬liyi səbəbindən torladığımız materialların bir qismini bu kitabda verə bilmədik. Bu səbəbdən Xocavənd folk¬lo¬runa aid növbəti ki¬ta¬bın tərtibi zərurəti yarandı.
Biz rayon sakinləri ilə mart ayının əvvəllərindən iyul ayının əv¬vəllərinədək 4 dəfə görüşdük. Bu müddət ərzində Beyləqan şə¬hə¬rin¬də, o cümlədən Beyləqan rayonunda yerləşən Xocavənd, Üeni Xo¬ca¬vənd, Üeni Tuğ, Üeni Qaradağlı qəsəbələrində, Ağca¬bədi ra¬yo¬nunun ərazisində salınmış 556 ailəlik hündürmərtəbəli yaşayış mas¬sivində (bu massivdə yalnız xocavəndlilər deyil, Qara¬bağın işğal olunmuş digər rayonlarının sakinləri də məskun¬laşıblar), Ağ¬ca¬¬bədi rayonunun Şəfəq Ovşarı kəndində, Bakı şəhərində – Abşeron Gənc¬lər Şəhərciyində, Şuşa şəhərciyində, Xəzər, Qaradağ, Nizami, Üa¬sa¬mal rayonlarında, Ramana qəsəbəsində, Saray Bağlar qə¬sə¬bə¬sin¬də və s. ərazilərdə məskunlaşan Xocavənd sakinləri ilə gö¬rüş¬mü¬şük. Qeyd edək ki, ilk səfərimiz digər səfərlərimizlə müqayisədə da¬ha məhsuldar keçdi.
İlk dəfə 85 nəfər Xocavənd sakini ilə gö¬rü¬şüb söhbət edə bildik. Sonrakı səfərlərimizdə artıq bu say get-ge¬də¬ azalmağa başladı. Bunun əsas səbəbi bölgədə folkloru yaxşı bi¬lən adamların sayca azlığıdırsa, digər səbəb də ilk səfər¬lə¬rimizdə xo¬ca¬vəndlilərin daha sıx məskunlaşdıqları ərazilərdə olma¬ğımızdır. Ümu¬milikdə 203 nəfər (onlardan 3 nəfəri Şəfəq Ovşarı kəndinin sa¬ki¬n¬idir) adamla görüşmüşük. Təbii ki, görüşdüyümüz sakinlərin ha¬mı¬sını yaxşı folklor söyləyicisi hesab etmək olmaz. Onların arasında yaxşı folk¬lor söyləyiciləri ilə rast¬laş¬saq da, az informasiya verənlər daha çox¬dur. Hətta elə adamlar oldu ki, onla¬rın ifasında cəmi bircə mətn qey¬də ala bildik. Bunun bir sə¬bə¬bi bi¬zim görüşdüyümüz adamları ta¬nıma¬ma¬ğımız idisə, digər bir səbəb də rayon haqqında mümkün qə¬dər daha çox məlumat almaq üçün müxtəlif dünyagörüşlü in¬san¬larla görüş¬mə¬yi¬miz idi.
Söyləyicilərlə söhbətə başlamaq üçün onun hansı kənddən, tay¬fadan, tirədən olmasını soruşur, neçə babasını tanıması haqqında su¬allar verirdik. Bu da sonda maraqlı nəticələrə gətirib çıxardı. Mə¬lum oldu ki, bu bölgədə Əfşar, Kəbirli tayfaları, Budaqlı, Talıb¬xan¬lı, Alnazarlı, Pəsəndallar, Paraxçallar (Paraqçı Alılar) və s. tirələr ya¬şa¬yırmış. Hansı tayfaya və ya tirəyə mənsub olduğunu bilməyən söy¬lə¬yi¬cilərlə də qarşılaşdıq. Kitabın sonunda söyləyicilərlə bağlı mə¬lu¬mat verdiyimiz hissədə onların hansı tayfadan, yaxud tirədən ol¬ma¬sı¬nı da qeyd etməyi məqsədəuyğun hesab etdik. Eyni zamanda kənd¬lər haqqında xeyli xatirələr qeydə ala bildik və onları da kitaba da¬xil etdik. Söhbət etdiyimiz hər söyləyici ən yaxşı halda üç ba¬ba¬sı¬nın adını çəkə bilirdi.
Maraqlıdır ki, rayon sakinlərindən bir qisminin iki, bəzən də üç adı var. Belə bir faktın Gədəbəy rayonunun Şınıx mahalında ol¬du¬ğunu bilirik. Maraqlıdır ki, Xocavənd rayon sakinlərinin şivə¬si¬nin¬ də bəzi hallarda Qazax-Gədəbəy dialektinə yaxın olduğunu mü¬şa¬hi¬də etdik (indiki zaman şəkilçisi -ır4 əvəzinə -er, -or, təsirlik hal şə¬kil¬çisi -nı4, -ı4 əvəzinə -yı4 işlənməsi və s. bu yaxınlığa misal ola bi¬lər). Xocavənd sakinlərindən torlanmış mətnlər arasında dini mətn¬¬¬lər olduqca azdır. Dini mətnlərin azlığını Sovet dövründə er¬mə¬ni əhatəsində qalan əhalinin Məhərrəmlik mərasimlərini keçirə bil¬məməsi ilə izah etmək olar. Çünki bu bölgədə yaşayan əhali şiə məz¬həbinin daşıyıcılarıdır. Məhərrəmlik mərasimi keçirilmirsə, de¬mə¬li, həmin mərasimdə söylənilən mətnlər də auditoriyasını itirdiyi üçün unudulmağa məhkumdur.
Bölgədən qeydə aldığımız materiallar arasında xeyli sayda mi¬¬¬foloyi mətn var. Bunların bir qismi bütün bölgələrimiz üçün xa¬¬¬rakterik olan mifoloyi rəvayətlərdir. Xocavənd sakinlərindən tor¬la¬¬¬dığımız rəvayətlərin bir qismini də Qara Çobanla bağlı söylənən mətn¬¬¬lər təşkil edir. Söyləyicilər bu obrazı gah Qara Çoban, gah da Qa¬¬¬raca Çoban adlandırırdılar. Həmin mətnlərə nəzər saldığımız za¬man¬ nəhənglərlə bağlı təsəvvürlərin bölgədə bu obraza trans¬for¬ma¬si¬¬¬ya olunduğunu görürük.
Rayon sakinlərindən xeyli sayda nağıl mətni qeydə ala bildik. Na¬ğıl söyləyicilərinin böyük əksəriyyəti əslən qonşu rayonların sa¬kin¬ləri olub, sonradan Xocavənd ərazində məskunlaşan insanlar idi¬lər. Üaxşı nağıl ifaçılarının daha çox Ağdam rayonunun Mərzili kən¬dindən gəlmə olduqlarını müşahidə etdik. Eyni zamanda ki¬tab¬lar¬dan oxunan nağıl süyetlərinin də dövriyyəyə girməsi faktları ilə qar¬şılaşdıq. Kitablardan gələn mətnləri kitaba daxil etmədik, Folklor İnstitutunun arxivinə ver¬dik.
Bütün nağıl söyləyicilərinin rerertuarında formullardan isti¬fa¬də çox azdır, bəzən də heç yoxdur. Bir sıra hallarda söyləyicilər öz¬lə¬ri də nağıl formullarından istifadəni artıq şey sayırlar. Məsələn, "Pad¬şah oğlunun nağılı"nı danışan Qaytaran Qədim oğlu Quliyevin təh¬kiyəsinin sonuna Çərkəz Ağəli oğlu İmanov "Göydən üç alma düş¬dü" formulunu artıranda Qaytaran baba "Ə, yox, almanı ney¬nir¬sən?" dedi. Bununla bildirmək istədi ki, nağılın sonunda məlum for¬mullardan heç də həmişə istifadə olunmur.

Ləman Vaqifqızı,
filologiya üzrə fəlsəfə doktoru