

TASS xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evin ərazisində Mütləq Döyüş Çempionatının (Ultimate Fighting Championship (UFC)) keçiriləcəyini bildirib.
Ayova ştatında çıxışı zamanı siyasətçi ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyini qeyd etməkdən danışıb. Amerika liderinin sözlərinə görə, bu tarixə həsr olunmuş tədbirlərdə UFC döyüşü də olacaq. "Təsəvvür edin, Ağ Evin ərazisində UFC döyüşü keçirəcəyik. Orada bizim çox yerimiz var", - Tramp deyib.
O qeyd edib ki, bu, 25 min tamaşaçının iştirak edəcəyi çempion adı uğrunda “tam döyüş” olacaq.
Ağ Evin mətbuat katibi Caroline Leavitt prezidentin bəyanatını şərh edərkən qeyd edib ki, dövlət başçısı “tamamilə ciddidir”.
Cavid