

ABŞ-da Koqresin Nümayəndələr Palatası ABŞ prezidenti Donald Trampın “böyük, gözəl qanun layihəsi” kimi tanınan xərclər və vergi qanun layihəsini qəbul edib. Sənəd imzalanmaq üçün prezidentə göndərilir.
APA xəbər verir ki, C-SPAN telekanalının məlumatına əsasən qanun layihəsini 218 konqresmen dəstəkləyib, 214-ü isə əleyhinə çıxıb.
Bu həftənin əvvəlində ABŞ Senatı ABŞ-ın borc tavanının 5 trilyon dollar artırılmasını, bir sıra sosial proqramların kəsilməsini və hərbi xərclərin artırılmasını təklif edən qanun layihəsini təsdiqləyərək Trampın ilk prezidentlik dövründən bəri qüvvədə olan vergi güzəştlərinin qorunmasını təklif edib.
ABŞ Konqresinin aşağı palatası artıq may ayında qanun layihəsinin ilkin variantını qəbul etmiş cümə axşamı Senatın təqdim etdiyi düzəlişlərlə varianta səs vermişdi.
Konqresin Büdcə Ofisinin hesablamalarına görə, bu, on il ərzində dövlət borcunun 3,3 trilyon dollar artmasına və 12 milyona yaxın amerikalının tibbi sığortadan məhrum olmasına səbəb ola bilər.