Sumqayıtda motosiklet iki piyadanı vurub Hadisə

Sumqayıtda motosiklet iki piyadanı vurub

Sumqayıtda motosikletin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.

APA-nın məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Hərəkətdə olan motosiklet yolu keçməyə çalışan iki kişini vurub. Yaralılar dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, zərərçəkənlərdən biri – 1960-cı il təvəllüdlü şəxs – kəllə-beyin travması, digəri – 2006-cı il təvəllüdlü şəxs isə bud sümüyünün sınığı diaqnozu ilə hospitalizasiya olunub.

Onlar Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hər iki yaralının vəziyyəti həkimlər tərəfindən orta ağır kimi qiymətləndirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.