Al Paçino “İkinci şans“la Nizami Kino Mərkəzində Mədəniyyət

Al Paçino “İkinci şans“la Nizami Kino Mərkəzində

Nizami Kino Mərkəzində aprelin 30-dan etibarən ABŞ istehsalı olan "İkinci şans" filminin nümayişinə başlanıb. "İkinci şans" filminin ssenari müəllifi və rejissoru Den Foqelman bu ekran əsərini dram, komediya və musiqi janrında çəkib. Film real hadisələrə əsaslanır. Yaş məhdudiyyəti: 16+
Nə vaxtsa Denni Kollinzin mahnılarını bütün dünya sevirdi. Amma neçə illərdir ki, o, heç nə yaratmır, ötən şöhrətinin kölgəsində yaşayır. Bir gün o, Con Lennonun uzun illər öncə ona yazdığı məktubu alır... Vaxtında bu məktub D.Kollinzin həyatını dəyişə bilərdi...
Filmdəki rollara dünya şöhrətli ulduz Al Paçino, Annett Beninq, Cenifer Qarner, Bobbi Kannavale, Kristofer Plammer, Melissa Benoyst, Nik Offerman, Coş Pek, Arti Man, Katarina Ças və başqa aktyorlar çəkilib.