Dövlət büdcəsinə 6335,2 milyon manat vəsait daxil olub İqtisadiyyat

Dövlət büdcəsinə 6335,2 milyon manat vəsait daxil olub

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 7722,8 milyon manat, xərcləri 8193,9 milyon manat təşkil edib, büdcənin icrasında 471,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,5 faizi qədər kəsir yaranıb. Dövlət Statistika Komitəsindən bildiriblər ki, yanvar-may aylarında dövlət büdcəsinə 6335,2 milyon manat vəsait daxil olub, büdcədən müxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 6724,1 milyon manat xərclənib. Büdcənin icrasında yaranmış 388,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,5 faizini təşkil edib.
Daxilolmaların 20,0 faizi əlavə dəyər vergisi, 17,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,4 faizi fiziki şəxslərin gəlir vergisi, 3,9 faizi aksizlər, 11,2 faizi digər vergilər, 41,4 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 25,6 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 15,6 faizi sosial müdafiə və sosial təminat, 14,5 faizi ümumi dövlət xidmətləri, 13,3 faizi təhsil və səhiyyə sahələrinin, 31,0 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.