Lavrov Fransada Qarabağı müzakirə edəcək Siyasət

Lavrov Fransada Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 29-da Fransaya səfər edəcək. Səfər zamanı Lavrovun fransız həmkarı Jan - Jak Eyro ilə Qarabağı müzakirə edəcəyi gözlənilir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Zaxarova, nazirin fransalı həmkarı ilə görüş keçirəcəyini vurğulayıb: "Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ukrayna böhranı və Suriyadakı vəziyyət müzakirə olunacaq".