Ermənilərə ağır zərbə Siyasət

Ermənilərə ağır zərbə

Azərbaycan Ordusu cəbhədə erməni hərbi birləşmələrini darmadağın edib.
Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.
Cavab zərbəsi nəticəsində düşmən qərargahının qarşısında hərbi nəqliyyat vasitələri və şəxsi heyət məhv edilib.
Erməni hərbi birləşmələri aldıqları zərbədən sonra martın 2-i gecə saatlarında mövqelərimizə soxulmağa cəhd göstərib. Ordumuz heç bir itki vermədən mövqelərimə soxulmağa cəhd göstərən düşmənin diversiya-təxribat qrupun məhv edib. Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi də dəqiq atəşlə məhv edilib.
Dünən günorta saatlarında isə cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.