Azərbaycan həssaslıq göstərdi Siyasət

Azərbaycan həssaslıq göstərdi

Səfir: "Türkiyədə mədən faciəsi baş verən andan başda ölkə rəhbərliyi olmaqla, bütün Azərbaycan hər cür dəstək olmağa çalışdı"

"Türkiyə hazırda ağır günlər yaşayır". Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Səfir bildirib ki, Türkiyənin Manisa vilayətindəki kömür mədənində 280-dən çox insan həlak olub: "Bu xəbər yayılan andan başda ölkə rəhbərliyi olmaqla, bütün Azərbaycan həmişə olduğu kimi, həssaslıq göstərdi, hər cür dəstək olmağa çalışdı. Buna görə öz minnətdarlığımı bildirirəm. Bu gün (dünən-red.) Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə Əjdərbəy məscidində birlikdə namaz qıldıq, dualar etdik".