ABŞ İranın hərbi obyektinə hücum edib Dünya

ABŞ İranın hərbi obyektinə hücum edib

İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhəri yaxınlığında yerləşən hərbi obyekt ABŞ Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat verib.

Məlumata görə, şəhər daxilindəki obyektlərə zərər dəyməyib.

Əvvəllər İran KİV-ləri Xuzistan ostanının Bəndər-Mahşəhr və Behbehan şəhərlərində, həmçinin Təbriz, Çabahar və Buşehrdə bir sıra partlayışların baş verdiyi barədə məlumat yaymışdı.

Məryəm Quliyeva