“Köçəryanın həbsi ilə bağlı etirazların başlaması...” Siyasət

“Köçəryanın həbsi ilə bağlı etirazların başlaması...”

Ehtiram Aşırlı: "Rusiya tərəfinin narahatçılığı kimi qəbul edilməlidir"

"Hazırda Rusiya-Ermənistan münasibətlərində yaşanan böhranlar öz mövcudlluğunu bu şəkildə biruzə verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində yaşanan baş katiblik böhranı. Bu böhranın ardınca MDB-yə üzv dövlətlərin qeyri-sammitində Putin tərəfindən Paşinyana göstərilən münasibət Rusiyanın Ermənistan münasibətlərindəki böhranın bariz nümunəsi idi". Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. Onun sözlərinə görə, hər nə qədər seçki öncəsi Paşinyan açıqlamasında Rusiya ilə münasibətlərimiz prioritet məsələdir desə də yenə də Putinin etibarını qazana bilmir: "Ələlxüsus da Paşinyanın bloku qalib gəlsə də Putin onu təbrik etməyib. Təbii ki Putinin cavabı o olacaq ki, gözləyirdim ki, ölkənin baş naziri seçilsin hökumət formalaşsın sonra zəng edib təbrik edəcəm şəklində açıqlama olacaq. Son olaraq bu gün erməni mətbuatında Joğovurd qəzətinin yazdığına görə Rusiya Ermənistan münasibətlərindəki gərginlik qazın qiymətinin qalxmasına da təsir göstərəcək. Belə ki, dekabrın 31-də qazın qiyməti ilə bağlı müqavilənin müddəti başa çatır. Yeni müqaviləni imzalamaqda isə Rusiya tərəfi tələsmir. Hətta qazın qiymətini artırmağı belə düşündüyünə dair erməni mətbuatında məlumatlar dərc olunur. Digər mühim bir məsələ isə Qəzaya uğramış Su 25 döyüş təyarrəsinin qara qutusu ekspertiza üçün Rusiyaya göndəriləcək olmasıdır. Erməni mətbuatında yazılan məlumata əsasən rus və erməni ekspertləri bu məsələnin araşdırılması üçün birgə əməkdaşlıq edəcəklərinə dair qərara gəliblər. Son olaraq isə əsas məsələ Rusiya 102-ci hərbi bazasının əsgəri tərəfindən qadının döyülməsidir. Bu məsələ ilə bağlı vəkil Norayr Norikyan Facebook-da xüsusilə yazmışdır. Rusiya 102-ci hərbi bazasının əsgəri erməni hüquq-mühafizə orqanlarına təhvil veriləcəkmi? O, bildirib ki, "Rusiya ilə Ermənistan arasında imzalanan 1995-1997-ci illərdəki müqavilənin 4-cü maddəsinə əsasən, Ermənistan Respublikasının ərazisində Rusiya hərbi bazasına daxil olan şəxslər tərəfindən törədilən cinayətlər Ermənistan Respublikasının səlahiyyətli orqanları tərəfindən Ermənistan qanunvericiliyinin tətbiqi ilə araşdırılır. Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən, Ermənistan Respublikasının ərazisində cinayət törətmiş şəxs Ermənistan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyır. Belə çıxır ki, ərazimizdə cinayət törədilə bilər, ancaq Ermənistanın dövləti suveren dövlət kimi cinayətkarın cinayətində cinayət məsuliyyətinə cəlb edə bilməz. Eyni zamanda, mətbuatın məlumatına görə, saxlanılan rus hərbi qulluqçusu Rusiya hərbi bazasındadır, yəni bir neçə gün ərzində Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməyib. Digər tərəfdən, Köçəryanın həbsi ilə bağlı etirazların başlaması da Rusiya tərəfinin narahatçılığı kimi qəbul edilməlidir. Onu qeyd edim ki, Köçəryan bəhanədir əsas səbəb yuxarıda bəhs olunan amillərdir. Əsasən də rus əsgərin tələb olunması məsələsi iki ölkə arasındakı böhranın yeni bir mərhələyə keçməsi deməkdir".
Politoloq Çingiz Bayramov isə deyib ki, Ermənistanda parlament seçkiləri keçirilməmişdən əvvəl hər kəsə, eləcə də xarici ekspertlərə bəlli idi ki, Nikol Paşinyan seçkiləri saxtalaşdıracaq: "Bunun özü də çox təbii haldır. Çünki Ermənistan dövləti saxtakar ölkə olaraq formalaşdırılıb. Onların nə dövlət, nə də hökumət rəhbərləri heç vaxt xalqa arxalanmayıb, terrorçu qrupların fəaliyyətləri, hədə-qorxularından xalqa qarşı silah kimi istifadə edərək hakimiyyətdə qalmalarını təmin ediblər".
9 dekabrda Ermənistandakı seçkiləri şərh edən politoloq deyib ki, Ermənistan müstəqillik əldə etdikdən sonra işğalçı ölkədə bir dəfə də olsun demokratik seçkilər keçirilməyib. Budəfəki seçki isə bir saxtakarın digərini "taxtından" salması ilə nəticələndi: "Artıq Nikol Paşinyan da Ermənistandakı demokratiya buxovu ilə xalqa qarşı müəyyən təzyiqlər etməyə başlayıb. Bir il əvvəl respublikaçıların 75 faiz səslə parlament seçkilərində qalib gəldiyi halda, 12 ay sonra başqa bir qrup eyni faizlə iqtidarı məğlub elədi. Bu heç cür ağlasığan deyil. Çünki xalq seçkiyə gəlmir. Təşəbbüsü ələ alan rejim qrupları seçkini saxtakarlaşdırmağa səy göstərir və nail olur. Onsuz da Sarkisyan hakimiyyətinin də dünyada elə bir məşhurluğu yox idi. Qeyri-qanuni hakimiyyət kimi ad çıxarmışdı. Sarkisyan BMT tribunasında özünü terrorçu kimi qələmə verərək ifşa etmişdi. Xocalı faciəsində əlini azərbaycanlı sivil vətəndaşların, Xocalı sakinlərinin qanına batırdığını söyləmişdi. Birdən-birə küçə hərəkatından baş nazir postuna qədər yürüş edən Paşinyan isə Qərbdən dəstək alsa da, ilk fürsətdə demokratik elementlərin üstünə kölgə saldı və seçkiləri saxtalaşdırdı".