4 Noyabr 15:45
07:41
791
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ABŞ və Venesuela arasında artan gərginlik fonunda zorakılıqla heç nəyə nail olunmayacağını və problemlərin dialoq yolu ilə həll edilməli olduğunu bildirib.
Papa Roma yaxınlığındakı yay iqamətgahından çıxarkən jurnalistlərin suallarını cavablandırıb.
Son həftələrdə ABŞ və Venesuela arasında artan gərginliyə də toxunan Papa bunları deyib: "Zorakılıqla qalib gələ bilmərik. Dialoq və problemlərin həlli üçün düzgün yol axtarmalıyıq".