Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
17 İyul 2020 15:16
1 967
Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə Barselona Azərbaycan Evində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən qarşıdurma nəticəsində Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini anmaq, həmçinin yerli ispan cəmiyyətinə sərhəddə baş verən aktual hadisələrin düzgün çatdırılması üçün lokal media və digər alternativ vasitələrdən istifadə imkanlarını müzakirə etmək olub.
Tədbirin ilk hissəsində Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov çıxış edərək, daha sonra yerli mətbuatda dərc edilməsi üçün nəzərdə tutulan İspaniya azərbaycanlılarının bəyanatını iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Türkiyənin Barselonadakı baş konsul köməkçisi Gülay Demirtaş ölkəsinin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.
Tədbirin ikinci hissəsi açıq panel şəkilində davam edib. Barselona Vəkillər Kollegiyasının üzvü, həmçinin Barselona Universitetinin professoru Javier Medina Ortiz və Barselonada fəaliyyət göstərən “Opportunity Network” şirkətinin vitse-prezidenti Nizami Namazov tədbir iştirakçılarının suallarını cavablandırıb, sərhəddə baş verən aktual hadisələr fonunda Azərbaycan həqiqətlərinin ən real şəkildə İspaniyada təbliği məsələsini müzakirə ediblər.
Qeyd edək ki, tədbirdə “Zoom meeting” vasitəsilə İspaniyanın digər regionlarında yaşayan azərbaycanlılar və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Leyla Həmzəyeva da iştirak edib. Daha sonra İspaniyanın Bilbao və Valensiya regionlarındakı diaspor rəhbərləri Fərid Mustafayev və Mübariz İbrahimov öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
24 Oktyabr 21:45
959
24 Oktyabr 20:27
980
24 Oktyabr 18:00
1 106


