“Müsavat məclisinə seçkilər qurultaydakı kimi saxtalaşdırılacaq” Siyasət

“Müsavat məclisinə seçkilər qurultaydakı kimi saxtalaşdırılacaq”

Əlövsət Talışxanlı: "Düşünməyə əsas verən məsələlərdən biri də Hacılının sonuncu dəfə həbsdən necə çıxmasıdır"

Müsavat Partiyası daxilində Məclis sədrliyinə seçkilərlə bağlı növbəti qarşıdurma başlayıb. Dekabrın 27-də baş tutacaq seçkilərlə bağlı indidən intriqalar yaranıb. Partiyadan istefa verən Əlövsət Taslışxanlı Publika.az-a açıqlamasında Arif Hacılının Məclis sədrliyinə öz namizədinin olduğunu və həmin namizədin seçiləcəyini deyib. Onun sözlərinə görə, seçkilər qurultaydakı kimi saxtalaşdırılacaq: "Azərbaycan cəmiyyəti 2003-cu il prezident seçkilərində müxalifətin məğlubiyyətinin, və el arasında nüfuzu sıfıra yaxın olan Arif Hacılının Müsavat partiyasının başına gətirilməsi səbəblərini araşdırmağa çox çalışacaq. Ətraflı düşünməyə əsas verən məsələlərdən biri də Hacılının sonuncu dəfə həbsdən necə çıxmasıdır. Cənab Hacılı deyir ki, onu həbsxanadan yüksək rütbəli bir məmurun yanına apardılar. Onunla söhbətdən sonra isə maşınla gətirib evə düşürdüblər. Həmin axşam isə əfv sərəncamı oldu. Bütün bunlardan xəbəri olan İsa Qəmbər isə Qubad İbadoğlunun tərəfdarlarını hakimiyyətlə əlaqədə suçlayır. Son müşavirənin ən ağrılı məqamı sabiq başqanın 74 yaşlı qadının üstünə qışqırması oldu. Halbuki, həmin qadın qurultayda baş verən pozuntulardan danışmaq istəyirdi. Lakin İsa Qəmbərin müşavirədə dediyi bir fikri ilə razıyam ki, 25 il harada idisə, indi də oradadır. Hansı statusda əyləşdiyini bilməsəm də, son müşavirədə onun sədarətdə əyləşməyi buna sübutdur". Əlövsət Talışxanlıya görə, Məclis sədri İsa Qəmbərin razılığı ilə seçiləcək.
Müsavat Qadınlar Birliyinin (MQG) sədri Ellada Məmmədli isə Məclisə seçkilərin onun üçün mənasız olduğunu açıqlayıb: "Bu postda kimin seçiləcəyi mənim üçün əhəmiyyətsizdir. Güman ki, özləri istəyən şəxsi bu posta gətirəcəklər. Arif Hacılının komandası göz qabağındadır. Biri partiyada təmizləmə siyasəti aparır, digəri "cəza vermə" metodu ilə işləyir. Partiyaya sadiq olanlara qapı göstərənləri, 76 yaşlı qadını partiyadan çıxartmaq üçün MNTK-ya müraciət edənləri hamı tanıyır".

Əli