Həmsədrlər “kreativ yollar” axtarışındadır Siyasət

Həmsədrlər “kreativ yollar” axtarışındadır

"ATƏT-in Minsk qrupunun həmsədrləri alternativ, kreativ yollar tapmağa çalışır ki, Qarabağ münaqişəsinin tərəfləri əlaqədə olsun".
news.am erməni saytının məlumatına görə bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bu ölkədə diplomatik missiyasının bitməsi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə ATƏT-in ABŞ-dan olan həmsədri Qarabağ danışıqları üzrə yeni səviyyəyə keçməyin vacibliyini bildirib.
Con Heffern qeyd edib ki, Minsk qrupunun həmsədrlərinin əsas rolu tərəflərin danışıqlar masası ətrafında oturmasıdır: "Aydındır ki, əsas qərarlar prezident səviyyəsində qəbul edilməlidir. İkitərəfli qarşılıqlı əlaqələr üçün başqa formatlar da var. Vasitəçilər prezidentlər səviyyəsində görüşlərə əlavə ediləcək bu formatları tapmağa çalışırlar".