Elxan Süleymanov BAXCP sədrini təbrik edib Siyasət

Elxan Süleymanov BAXCP sədrini təbrik edib

"Sizin üçün Azərbaycan və onun vətəndaşlarının marağı öndə gəlir"

AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevi 50 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
"50 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. 50 yaş güc və müdrikliyin heyrətamiz harmoniyasını doğuran, qarşıya qoyulan istənilən məqsədə nail olmaq üçün ciddi əsas yaradan bir dövrdür. Uzun illərdir ki, Siz siyasətlə məşğulsunuz və ölkəmiz üçün mühüm qanun və qərarların qəbulunda peşəkar hüquqşünas kimi işgüzarlığınız, problemlərin alt qatlarını görmək bacarığınızla seçilirsiniz. Hər bir sahədə Sizin üçün Azərbaycan və onun vətəndaşlarının marağı öndə gəlir. Ötən illər ərzində Sizinlə Avropa Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətində çiyin-çiyinə çalışmış şəxs kimi bunu inamla söyləyə bilərəm.
Siz parlamentdə doğma Naxçıvanı, Ordubad və Culfa rayonlarını təmsil edirsiniz. Əminəm ki, həmyerliləriniz Sizin parlamentdəki fəaliyyətinizi layiqincə qiymətləndirir və dəstəkləyir.
Bu yubiley günündə Sizi bir daha təbrik edir, cansağlığı və gümrahlıq, səadət, tükənməz enerji, iş və ailə həyatınızda uğurlar diləyirəm".