“Ermənistanın Rusiya ilə əldə etdiyi razılaşmalar ikinci dərəcəlidir” Dünya

“Ermənistanın Rusiya ilə əldə etdiyi razılaşmalar ikinci dərəcəlidir”

Mübariz Əhmədoğlu: "Rusiyanın Ermənistana satdığı qazın qiymətinin aşağı salınması ilin əvvəlindən gündəmdədir"

"Ermənistanın Rusiya ilə əldə etdiyi razılaşmalar ikinci dərəcəlidir". Bunu politoloq Mübariz Əhmədoğlu bildirib: "Çünki Rusiyanın Ermənistana satdığı qazın qiymətinin aşağı salınması ilin əvvəlindən gündəmdədir. Rusiya dolların kursunun dəyişməsinə görə qazın qiymətini aşağı salıb. Moskva iki ay bundan qabaq Ermənistana silah alınması üçün kredit verəcəyini də vəd etmişdi. Bundan sonra ermənilər "İsgəndər-M" raketlərini alacaqları barədə hay-küy salmağa başladı. Lakin Moskva İrəvana yalnız müdafiə xarakterli silahlar satacağını bəyan etdi. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmasa da, bu səfər əslində münaqişənin həlli üçün nəzərdə tutulmuşdu. Sarkisyan Putinin qabağında gözükölgəli olduğu üçün Dağlıq Qarabağ münaqişəsi haqqında danışmağa cürət etmədi. Həmçinin Sarkisyan bu münaqişənin həllində, Putinin Azərbaycanın mövqeyini dəstəklədiyini başa düşdü. Bu isə Ermənistan prezidentini qane eləmir. Son zamanlar təmas xəttində gərginlik daha da artıb. Azərbaycan düşmənin provokasiyasına raketlərlə, minaatanlarla, ağır artilleriya ilə cavab verir. Lakin Putin bu haqda heç narahatçılığını belə ifadə etmədi. Bu, çox vacib məqamdır. Bununla biz hərbi imkanlarımızdan daha geniş istifadə edə bilərik".