Avropa Birliyi Brexit prosesində əsil simasını ortalığa qoydu Dünya

Avropa Birliyi Brexit prosesində əsil simasını ortalığa qoydu

AB Böyük Britaniyanı qurumdan çıxma qərarına görə mümkün qədər çox təəssüflənməyə vadar etmək cəhdinə can atır. Növbəti basqı üsulu irland millətçiliyinə dəstək olub ki, bu da həqiqətən potensialca Böyük Britaniyanı dağılmaqla təhdid edir. Amma Avropa Birliyi anlamalıdır ki, Avropanın başqa ölkələri də parçalanma təhlükəsi altında qala bilər. Avropa Birliyi martda təşkilatdan rəsmən çıxma prosesini işə salmış Böyük Britaniyanın ağrılı nöqtələrinə zərbə vurmağı davam etdirir. Bu dəfə Şimali İrlandiya (Şİ) Brüsselin fokusunda görünür. "Vahid Avropa" ölkələrinin liderləri bildiriblər ki, bölgə Birləşmiş Krallıqdan ayrılsa və İrlandiya Respublikasının (İR) tərkibinə girsə, avtomatik şəkildə AB-yə daxil ediləcək. Bu cür təşəbbüsü AB sammitində İR baş naziri Enda Kenni irəli sürüb. Əlbəttə, avropalılar qeyd ediblər ki, referendumda öz taleyini müstəqil şəkildə həll etməli olan şimali irlandiyalıların seçim və rəyinə təsir etməyə heç cür cəhd etmirlər. Lakin bu, yalnız Britaniyanın növbəti daxili problemini kəskinləşdirməyə yönəlməyi pərdələməkdə zəif cəhddir. Etnik-siyasi münaqişə Şimali İrlandiyada keçən əsrin 60-cı illərində Böyük Britaniya hökuməti ilə yerli millətçi qurumlar arasında bölgənin statusu üzündən başlanıb. Üsyançılar Şİ-nin Britaniyadan ayrılması və yenidən İrlandiya Respublikasına birləşdirilməyini tələb ediblər. Münaqişə yalnız 1998-ci ildə Belfast sazişinin imzalanması ilə başa çatıb ki, nəticədə Şimali İrlandiya Birləşmiş Krallığın tərkibində qalıb, ancaq özünü idarə əldə edib. Millətçilərin mövqeyi yetərincə güclü qalsa da, yerli parlamentdə əksəriyyəti yunionçular (Şİ-nin Britaniya tərkibində saxlanması tərəfdarları) saxlayıb.
Böyük Britaniyada Avropa Birliyindən çıxmaq haqda referendum keçirildikdən sonra münaqişə yeni nəfəs qazanmağa başlayıb. Şİ əhalisinin əksəriyyəti (56%-i) plebissitdə AB-yə üzvlüyün saxlanmasına səs verib. Tereza Mey hökumətinin Brexit-in dönməzliyinə qətiyyətlə köklənməsi bölgədə "Şinn Feyn" və millətçi-respublikaçı Sosial-Demokratik və fəhlə partiyalarının populyarlığının artmasına şərait yaradıb. Respublikaçılar Şimali İrlandiyann statusu haqda plebissit keçirilməsinin zəruriliyini təkid edirlər ki, Birləşmiş Krallıqdan ayrılıb vahid İrlandiyanın yaradılmasına nail olsunlar. Bu zaman özəl vurğulanır ki, şimali irlandiyalılar ancaq bu cür AB-də qala bilərlər. İrlandiya Respublikası onların bu cür səylərini fəal şəkildə dəstəkləyir.
AB-yə üzvlük şimali irlandiyalılar üçün olduqca önəmli arqumentdir. İR siyasətçiləri vurğulayırlar ki, mümkün birləşmə adada ümumi ÜDM-in 35,6 milyard avro artmağına səbəb olacaq. Lakin məsələ təkcə iqtisadi mənfəət, Avropa Birliyinin vahid bazarına çıxışın saxlanması, avrodan istifadə və "vahid Avropa" üzrə yer dəyişməkdə deyil. Şİ ilə İrlandiya Respublikası arasındakı sərhəd problemi də mühüm məqamdır. Onu keçmək üçün maneələrin olmaması Belfast sazişinin ən mühüm maddələrindən biriydi. Lakin o, Brexit-dən sonra Böyük Britaniya və AB-nin sərhədi olacaq ki, bu da qaçılmaz şəkildə nəzarətin sərtləşməsini törədəcək.
"Şinn Feyn" yerli seçkilərdə uğurlu çıxışdan sonra iki İrlandiyanın birləşdirilməsi üzrə refefendumun keçirilməsi uğrunda kampaniyanı işə salıb. "Şinn Feyn"in lideri Heri Adamsın dediyi kimi, İrlandiyanın bir hissəsi Avropa Birliyində, bir hissəsi isə ondan kənarda olacaqsa, təəccüblü və anlaşılmazdır. Bununla bərabər, Şİ yenidən Böyük Britaniya üçün sabitsizlik qaynağı olacaq. Britaniyanın AB-dən çıxmağından narazı olan və 2019-cu ildə bölgənin öz müqəddəratını təyin etməsi haqda referendum keçirməyi planlaşdıran Şotlandiyada separatçıların fəallaşması da bu sabitsizliyi qızışdırır. Şimali İrlandiya respublikaçılarının plebissiti uğurla keçirmək və (lap uzaq perspektivdə olsa da) Şİ-ni vahid İrlandiyanın tərkib hissəsi etmək bacarığını qiymətləndirməməyinə dəyməz. Bundan savayı, erkən parlament seçkiləri və başqa problemlərə qapanmış Tereza Mey hökuməti hələlik hazırlıqsız və bu problemə yüksək diqqət yetirmək istəkslizliyi sərgiləyir.
Əlbəttə ki, Avropab Birliyi təmsilçilərinin ifadələri də bu durumda heç də axırıncı rol oynamır. Onlar irland millətçilyinə pərdəli dəstəkdən savayı artı bildirməyə macal tapıblar ki, Şotlandiya Böyük Britaniyadan çıxarsa, AB-ə maneəsiz qəbul edilməsinə şərait yaratmağa hazırdırlar.
Brüssel həmçinin Hibraltar məsələsini danışıqların gündəliyinə daxil etməyi qət edib və Böyük Britaniyanın dənizarxası ərazisinə çoxdan iddia edən İspaniyaya bu zaman veto hüququ verib. Argentina bu fonda Folklend adaları üzrə Birləşmiş Krallığa iddialar təqdim etmək haqda düşünməyə başlayıb.