“Rusiya-Türkiyə münasibətlərinin bərpası başa çatıb” Dünya

“Rusiya-Türkiyə münasibətlərinin bərpası başa çatıb”

Ərdoğan və Putinin Soçi görüşündə Suriyada təhlükəsizlik zonalarının yaradılması barədə razılıq əldə olunub

Rusiya-Türkiyə münasibətlərinin bərpası başa çatıb.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən mətbuat konfransında Rusiyanın dövlət başçısı Vladimir Putin deyib.
Rusiya prezidenti görüşdə "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisi, "Türk axını" layihəsinin gerçəkləşdirilməsi, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıldığını bildirib.
Vladimir Putin iki ölkə arasında terrora qarşı mübarizədə məsləhətləşmələrin davam etdirildiyini bildirib. Rusiya prezidenti Ankara, Tehran və Moskvanın səyləri nəticəsində Suriya böhranının tənzimlənməsi preosesində irəliləyişin olduğunu vurğulayıb.
Türkiyə prezidenti görüşdə bütün istiqamətlərdə əməkdaşlığın genişləbdirilməsi ilə bağlı məsləhətləşmələrin aparıldığını deyib. Ərdoğan rusiyalı həmkarı ilə aparılan müzakirərdə əsas mövzunun Suriya böhranı olduğunu bildirib və qeyd edib ki, Suriya məsələsi hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir.
Hər iki ölkə prezidenti Suriyada təhlükəsizlik bölgələrinin yaradılması ilə bağlı yeni təşəbbüslərin olduğunu və bir sıra məsələlərdə ortaq razılığın əldə edildiyini bildiriblər.
Rusiya və Türkiyə prezidentləri görüşdə regional məsələlərlə bağlı da müzakirə aparıldığını qeyd ediblər. Lakin bu məsələlərin arasında Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin də yer aldığı barədə konkret fikir səsləndirilməyib.