Moskva Suriya oyununu udur, amma … Dünya

Moskva Suriya oyununu udur, amma …

Ən böyük qazanc İrana çatacaq

Moskvanın Suriyadakı oyunu nəticə etibarilə səmərəli görünür, amma ekspertlər hesab edirlər ki, bundan ən böyük mənfəəti İran əldə edir. İsrail öz sərhədləri yaxınlığında İran və "Hizbullah"ın mövqelərinin güclənməsinə aviazərbələrlə cavab verə bilər.
Strateq Rosbalt.ru-ya istinadən yazır ki, ABŞ və Rusiya prezidentlərinin Suriyanın cənub-qərbində atəşkəs üzrə elan edilmiş razılaşması bu ölkədə gedən müharibənin tənzimlənməsində aşkar tərəqqi kimi təqdim edilmiş, amma car çəkildikdən, demək olar, dərhal sonra, az qala, ləğv olunmuşdu.
Birincisi, bu sürəkli hərbi münaqişənin əsas iştirakçılarından biri – Suriya prezidenti Bəşər Əsəd qüvvələri və müttəfiqi İran elə ilk gündən sazişə əməl etməyib. Bu da təəccüblü deyil – onlar ona imza atmayıblar. İkincisi, çoxdankı rəqibi İranın Suriyada mövqelərinin güclənməsindən ehtiyatlanan İsrail bu sazişə qarşı kəskin çıxış edib. Həm də bu ölkənin baş naziri Benyamin Netanyahu bu yaxınlarda Əsədin gedişinin Fransa üçün Suriya tənzimləməsinin şərti olmadığını bildirən Fransa prezidenti Emmanuel Makronla danışıqları başa çatandan dərhal sonra bunu açıq şəkildə bildirib.
Amerika prezidentinin təmsilçisi Şon Spayser bundan sonra yekun vurub: "ABŞ və İsrail İranın Suriyanın cənubunda əməliyyat meydanı və hərbi bazalar əldə etməməsində maraqlıdır".
"Rosbalt"ın sorğuladığı ekspertlər əmindirlər ki, Suriyada tənzimlənmənin gerçək prosesi xeyli mürəkkəb olacaq və çətin ki dincliklə alınsın.
"Siyasi texnologiyalar mərkəzi" fondunun prezidenti İqor Bunin qeyd edir: "Hesab olunurdu ki, Suriyanın cənub-qərbində təhlükəsizlik zonası üzrə yeni sazişdə İsrailin İran birləşmələrini onun sərhədlərindən uzağa aparması tələbi nəzərə alınacaq. İsrail məhz bu halda bu bölgədə barışığı dəstəkləməyə razılaşıb. Lakin yekun sənədində İran haqda heç nə deyilməyib. Tehranın təhdid etdiyi Təl-Əviv qəzəblənib və əleyhinə çıxış edib".
Ekspertin qeyd etdiyi kimi, eyni zamanda "Suriyanın cənub-qərbində barışıq haqda sazişi hələlik nə Suriya, nə də İran rejimi imzalayıb və o, havadan asılı qalıb". Amma, onun sözlərinə görə, "İran orada qalsa, onda İsrail bu razılaşmaya qarşı çıxış edəcək, bütün Yaxın Şərqdə ən yaxşı ordu isə onundur".
Politoloq deyir: Fransanın yeni prezidenti Emmanuel Makronun Suriya üzrə mövqeyi bundan ibarətdir ki, bu ölkənin indiki prezidenti müəyyən müddətə hakimiyyətdə qala bilər, çünki əvvəlcə İŞİD-in axırına çıxmaq, bu ölkədə tənzimləmə üsulları tapmaq və ancaq bundan sonra Əsədin taleyini həll etmək lazımdır.
Onun sözlərinə görə, "ümumiyyətlə, ABŞ prezidenti Donald Tramp da bununla razıdır". Bunin qeyd edir ki, amma Fransanın RF və ABŞ-ın Suriya üzrə indiki razılaşmasına dəxli yoxdur.
Ekspert vurğulayır – durum ona görə qəlizləşir ki, Əsəd atasından – bu ölkənin əvvəlki rəhbəri Hafiz Əsəddən ona miras qalan Suriyanın bütün ərazisini ələ keçirmək istəyərdi. Buninin fikrincə, Suriya rəhbərinin bu cür məqsədi Suriyanın federallaşmasına mane olur və cürbəcür riskləri artırır.
Yaxın Şərq üzrə ekspert Mixail Maqid hesab edir ki, Suriyanın cənubunda Bəşər Əsədin və İranın, onun maliyyələşdirdiyi "Hizbullah" şiə qruplaşmasının mövqeyinin güclənməsinə İsrail öz HHQ-nin zərbəsi ilə reaksiya verə bilər. O, qeyd edir ki, İsrailin 360 ədəd F-15 və F-16 təyyarəsi "İran və Əsədin Suriyanın cənubu və Livandakı bütün dəstə və bazalarını külə döndərmək iqtidarındadır".
Maqid təxmin edir: "Yerdəki şiə qoşunları məhv edilsə, onda antiəsəd üsyançılar hücuma keçə bilər".
O xatırladır ki, "artıq bu cür taktika Suriya hökumət qoşunlarının ağır texnikasına zərbə endirmiş İsrail aviasiyasının qoruduğu antiəsəd qüvvələrinin Kuneytrə yaxınlığında hücumu zamanı işlədilib".
Eyni zamanda ekspert şübhə edir ki, İsrail "ABŞ-la razılaşdırmadan daha irimiqyaslı bu cür aksiyalar keçirməyə risk edər. İndiki anda Amerika prezidenti Donald Trampın mövqeyi bundan ibarətdir ki, Suriyanın şimalında iki kürd kantonunu (Kobani və Cəzirə) Amerikaya və orada bir-iki rayonu Türkiyə üçün saxlayıb Suriyanı Moskva və Tehrana təhvil versin. Ola bilsin, bir-iki rayon, hər şeydən əvvəl cənubda amerikalı və britaniyalıların öz hərbi bazalarını yaratdıqları Tənf antiəsəd müxalifətin əlində qalacaq".
Maqid deyir ki, bəzi məlumatlara görə, Rusiya da Suriyanın cənubuna qoşun yerləşdirir ki, bu da Əsəd üçün yüz faizli olmasa da, əlavə müdafiə olacaq. Onun fikrincə, "İsrail özünə çox şeyi rəva görə bilər, Rusiya qoşunları isə Əsəd qüvvələrinin və İranyönlü şiələrin yalnız cüzi hissəsini qoruyur".
Ancaq burası da var ki, "İsrailin əsas qüvvəsi aviasiya deyil, ABŞ-da İsrailyönlü lobbinin nüfuzudur", – deyə Maqid qeyd edir. Amma onun fikrincə, "zaman indi Suriyada saatbasaat güclənən Moskva və iranlılara işləyir. Rusiya qoşunlarının Suriyanın cənubuna mümkün daşınması bu prosesin tərkib hissəsidir".
Ekspert hesab edir ki, Kremlin oyununa haqq qazandırmaq lazımdır – o, hələlik yetərincə səmərəli görünür, lakin buna baxmayaraq, bu oyunda əsas böyük qazanc İrana çatacaq.