İsmayıl Kahraman yenidən Türkiyə parlamentinin sədri seçilib Dünya

İsmayıl Kahraman yenidən Türkiyə parlamentinin sədri seçilib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən deputat İsmayıl Kahraman yenidən Böyük Millət Məclisinin sədri seçilib.
Noyabrın 20-də ölkə parlamentinə sədr seçkisi keçirilib.
Ədalət və İnkişaf Partiyası qanunverici orqanın rəhbəri vəzifəsinə hazırkı sədr İsmayıl Kahramanın, deputatlarının sayına görə Böyük Millət Məclisində ikinci yerdə olan əsas müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Partiyası Zekeriya Temizelin, digər müxalifət təşkilatı Milliyyətçi Hərəkat Partiyası Celal Adanın, yeni yaradılan İYİ Partiya isə tarixci alim Yusuf Halaçoğlun namizədliyini irəli sürüb. Terrorçu PKK-ya yaxınlığı ilə tanınan müxalif Xalqların Demokrat Partiyası isə terrorçuluğu dəstəkləməkdə ittiham olunaraq həbs edilən Selma Irmakın namizədliyini verib.
Səsvermənin üçüncü turunda 289 deputatın dəstəyini qazanan İsmayıl Kahraman yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
Qeyd edək ki, o, 1940-cı il dekabrın 7-də Rize şəhərində anadan olub. İstanbul Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
İsmayıl Kahraman ilk dəfə 2015-ci il noyabrın 2-də 316 səs alaraq parlamentə sədr seçilib.