ABŞ İranın şimalında SEPAH Dəniz Qüvvələrinin qərargahını vurub Gündəm

ABŞ İranın şimalında SEPAH Dəniz Qüvvələrinin qərargahını vurub

ABŞ iyulun 24-nə keçən gecə İranın şimalındakı Gilan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elitar hissələri) Dəniz Qüvvələrinin qərargahına zərbə endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə əyalət administrasiyası məlumat yayıb.

"İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin Zibakənar şəhərində yerləşən "Həzrət Seyyid əş-Şühəda" qərargahı Amerika qüvvələrinin hücumuna məruz qalıb", — deyə "Fars" agentliyi administrasiyanın bəyanatını təqdim edib. İlkin məlumatlara görə, zərbə nəticəsində tələfat olmayıb.

Məryəm Quliyeva