ABŞ HƏMAS və "Müsəlman Qardaşlar"la əlaqəli şəxslərə sanksiya tətbiq edib Gündəm

ABŞ HƏMAS və "Müsəlman Qardaşlar"la əlaqəli şəxslərə sanksiya tətbiq edib

Birləşmiş Ştatlar "Müsəlman Qardaşlar" beynəlxalq İslam hərəkatı və Fələstinin radikal HƏMAS hərəkatı ilə əlaqəli bir sıra fiziki və hüquqi şəxsləri sanksiya siyahısına daxil edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilir.

"Birləşmiş Ştatlar HƏMAS və "Müsəlman Qardaşlar"ı qidalandıran bütün maliyyə infrastrukturlarını ləğv etməyə çalışır", — deyə qurumdan qeyd olunub.

Söhbət "Müsəlman Qardaşlar"ın Misir bölməsinin Böyük Britaniyada yaşayan rəhbərlərindən birindən, həmçinin digər ölkələrdə yerləşən daha üç fiziki və üç hüquqi şəxsdən gedir.

Məryəm Quliyeva