“Pozitivin təbliğatı daha müsbət effekt verir”
24 Yanvar 11:48
24 Yanvar 11:48
23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
Tramp Qrenlandiyaya görə Danimarka Baş nazirini 45 dəqiqə danlayıb
Peskov: Rusiya Trampın problemləri zorla həll etmə yanaşmasını qəbul etmir
Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq, buz bağlayacaq
Rumıniyada Azərbaycanın memarlığına və Qarabağdakı quruculuğa həsr olunmuş sərgi keçirildi
2 İyun 2020 12:43
2 254
“Ukrayna Baş Nazirinin müavini Aleksey Reznikovun Donbassla bağlı danışıqların Rusiyasız keçirilməsi ilə bağlı təklifinin heç bir perspektivi yoxdur. Bu, Minsk razılaşmasının icrası ilə ciddi məşğul olmaq əvəzinə, Kiyev tərəfindən növbəti fəallıq imitasiyasıdır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə “RİA Novosti”Rusiya Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən məlumat yayıb.
“Hər bir ölkənin istədiyi ilə görüşməyə haqqı var. Ukrayna da istisna deyil. Lakin bunun Rusiyaya və Ukraynanın cənub-şərqindəki münaqişənin nizamlanmasına heç bir aidiyyəti yoxdur”, - deyə bildirilib.
Qeyd edək ki, A. Reznikov Böyük Britaniya və ABŞ-a Donbassla bağlı danışıqların “Budapeşt formatı”nda Rusiyanın iştirakı olmadan keçirilməsini təklif edib. Onun fikrinə görə, danışıqları bu formatda aparmaq lazımdır, çünki Rusiya Budapeşt memorandumunu pozaraq Ukraynaya hücum edib. Bununla yanaşı, Ukrayna Baş Nazirinin müavini ölkəsinin Minsk formatından imtina etməməli olduğunu, bu formatın Donbassda və Rusiyada saxlanılan şəxslərin azad olunmasına imkan verdiyini vurğulayıb.
Xatırladaq ki, Budapeşt memorandumu 1994-cü ildə Ukrayna, Rusiya, ABŞ, Fransa və Böyük Britaniya arasında imzalanıb. Memoranduma görə, Kiyev nüvə silahının yayılmaması müqaviləsinə qoşulub və öz nüvə potensialını məhv edib. Bunun qarşılığında isə Moskva, Vaşinqton və London ölkənin təhlükəsizliyinə zəmanət verib.