Yerevanda yeni etiraz aksiyası başlayıb Dünya

Yerevanda yeni etiraz aksiyası başlayıb

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, şəhərin mərkəzindəki Opera teatrının yaxınlığına yüzlərlə şəxs toplanıb.

Hələlik mitinq zamanı hər hansı bir insident qeydə alınmayıb.

Xatırladaq ki, N.Paşinyanın istefa tələbi ilə mitinqlər noyabrın 10-dan etibarən davam edir. Bu müddət ərzində onlarla saxlanan olub.