Rusiyaya qarşı sanksiyalar gücləndirilib Dünya

Rusiyaya qarşı sanksiyalar gücləndirilib

Barak Obama: "Əgər biz güman etsək ki, yeni sanksiyalardan sonra Putin ağlını başına yığacaq, fikrimcə, bu səhv yanaşmadır"

"Əgər Rusiya koalisiyada heç bir parçalanmanın olmadığını görsə, o vaxt onlardan eşidəcəyik ki, iqtisadi itkilər strateji üstünlükləri keçir"

Cavid

ABŞ Senatı prezident Barak Obamanın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə imkan verən qanun layihəsini qəbul edib. Eyni zamanda Ukraynaya hərbi yardım göstərilməsinə icazə verən layihə Rusiya Federasiyasının nümayəndələrinə həmçinin Rusiya hökumətinin nəzarət etdiyi şirkətlərə qarşı sanksiyaların tətbiqi hüququnu verir.
Eyni zamanda sənədə əsasən, "Qazprom" NATO-ya daxil olan, həmçinin Ukrayna, Moldova, Gürcüstan kimi ölkələrdən böyük həcmdə qaz alarsa, həmin şirkətlərər qarşı da 45 gündən gec olmayaraq sanksiyalar tətbiq edilməlidir. Sanksiyalar həmçinin "Rosoboroneksport" və digər Rusiya şirkətləri barəsində tətbiq edilə bilər. Sənəd Kiyevə 2015-ci ildə 350 milyon dollar məbləğində birbaşa hərbi yardım ayrılması imkanını nəzərdə tutur.
Bundan başqa Bşər Əsəd Rusiyadan silah aldığına görə, qanun layihəsində Suriya müxalifətinə yardım edilməsini də mümkün edir.
Onu da bildirək ki, Qərb və Avropanın sanksiyaları ilə üzləşən Rusiya Asiyanın nüvə ölkəsi olan Hindistana üz tutub.
Hndistanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin bu ölkənin baş naziri Narendra Modi ilə iki ölkə arasında enerji və müdafiə sahələrində əlaqələrin genişləndirilməsi məsləsini müzakirə edib.
Bağlı qapılar arxasında keçən görüşdən sonra tərəflər müzakirə olunan məslələr barədə jurnalistlərə geniş açıqlama verməyiblər. Qısaca olaraq görüşün əsasən hərbi əməkdaşlıq, fəza kəşfləri və yeni nüvə enerji stansiyalarının inşası sahələrini əhatə etdiyi bildirilib.
Hindistanın baş naziri Narendra Modi bildirib ki, Rusiya Hindistanın ən güclü müdafiə partnyoru olacaq. SSRİ dövründə zəyifləyən əlaqələrin imalancaq sazişlərlə yenidən gücləndiriləcəyini bildirib.
Rusiyanın enerji nəhəngi "Rosatom"un rəhbəri Sergey Kiriyenko isə Hindistanla imzalanan 100.3 milyard dollarlıq razılaşmaya əsaəsn 20 il ərzində 12 nüvə reaktorunun inşa ediləcəyini bildirib.
Rusiya təbii qaz və neft şirkəti "Rosneft" isə Hindistanın neft şirkəti "Essar Oil" ilə 10 illik tərəfdaşlıq razılaşmasına imza atıb. Eyni zamanda səfər çərçivəsində iki ölkə arasında almaz ticarətinə dair də razılaşma imzalanıb.
Bu arada Rusiya Mərkəzi Bankı neftin qiymətinin aşağı düşməsi səbəbi ilə şok qərar verib.
Rus mediasının məlumatına görə, Rusiya Mərkəzi Bankı son zamanlar çətin günlər keçirən Rusiya iqtisadiyyatını canlandırmaq məqsədi ilə bazara müdaxilə edib. Qərarın ardından dollar rubl qarşısında dəyər qazanaraq tarixi bir rekord qırıb.
Rusiyada pul vahidi rublun dollar qarşısında dəyər itkisinin qarşısını almaq üçün uçot dərəcəsini 10,5%-ə yüksəldib. Beləliklə də 1 dollar 55,46 rubla yüksəlib.
Rusiya Mərkəzi Bankından bildirilib ki, 2015-2016-ci illərdə Rusiya iqtisadiyyatında böyümə olmaya bilər. Xüsusilə brent markalı neftin qiymətinin 65 dollara düşməsi Rusiya iqtisadiyyatının geriləməsinə səbəb olub.
Qeyd edək ki, Rusiya dünyanın ən əhəmiyyətli neft ixracatçısı olan ölkələr arasında yer alır.
"Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar Vaşinqton və Avropa arasında parçalanmaya gətirib çıxaracaqsa, ABŞ prezidenti Barak Obama onların məqsədəuyğunluğundan şübhələnir".
Bu barədə isə "Röyters" xəbər agentliyi yazıb.
"Əgər biz güman etsək ki, yeni sanksiyalardan sonra Putin ağlını başına yığacaq, fikrimcə, bu səhv yanaşmadır. Amma hər halda Avropa və ABŞ uzunmüddətli perspektivdə birlikdə dayanmalıdır. Əgər Rusiya koalisiyada heç bir parçalanmanın olmadığını görsə, o vaxt onlardan eşidəcəyik ki, iqtisadi itkilər strateji üstünlükləri keçir", - ABŞ prezidenti bildirib.
Dünən isə Avropa Birliyi Krım barəsində sanksiyaların genişləndirilməsi haqqında layihəyə baxmağa başlayıb. Əgər sənəd qəbul edilərsə, Avropa şirkətləri yarımadada turizm biznesi ilə məşğul olmaq imkanından məhrum ola bilər.
Onu da vurğulayaq ki, ABŞ-da bu gün də qüvvədə olan "Kölə xalqlar haqqında" qanun "PUBLIC LAW 86-90" Rusiyanın dağılması planını özündə əks etdirir.
Bu, "You-Tube" portalında paylaşılan maraqlı videoda iddia olunub. Videoda sual qoyulur ki, XX əsrin ortalarında qəbul edilən qanun əslində rus kommunizmindən millətləri demokratik islahatlara yönəltmək idisə niyə SSRİ dağılmasına baxmayaraq, bu günə kimi qüvvədən düşmür? Deməli qanun layihəsinin hələ birinci mərhələsi həyata keçirilıb. İkinci mərhələ isə Rusiya Federasiyasının bölünməsidir.
Yayılan videoda maraqlı məqamlardan biri ABŞ-ın dağılan Rusiyada daha çox neft və ağac ehtiyyatları ilə zəngin Sibirə meyli haqqında söz açılmasıdır. Bundan əlavə ermənistan xülyası da ABŞ-ın planından yan keçməyib. Sadəcə planda xoş gələn məqam ermənilərin hazırki yaşadıqları ərazidən Rusiyanın şimalına köçürülməsidir.