İsrail ordusu Beyruta hədəfli zərbə endirib
28 May 15:32
28 May 15:32
İran: "ABŞ vurduğu yüz milyardlarla dollarlıq ziyanı ödəməlidir"
Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb
“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
Qazaxıstan Bakı-Supsa kəmərini mümkün neft ixracı marşrutları arasında qiymətləndirir
21 Yanvar 2021 14:05
2 296
Bağdad şəhərində törədilən terror aktı nəticəsində ölən və yaralananların sayı açıqlanıb.
APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən 13 nəfər ölüb, 19 nəfər yaralanıb.
***
saat 13:03
İraqın paytaxtı Bağdad şəhərində terror aktı törədilib.
APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İraq hökumətinə bağlı Bağdad Əməliyyatlar Komandanlığı tərəfindən yayılan yazılı açıqlamada Tayaran Meydanında intihar məqsədli partlayış törədildiyi bildirilib.
Türkiyənin İraqdakı səfir Fatih Yılmaz isə CNN Türk-ə bildirib ki, terrorun İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal edilir.
Səfir iki böyük partlayış nəticəsində baş verən terror aktında ölənlərin sayının 10-dan, yaralıların sayının isə 20-dən çox olduğu haqda məlumat aldığını deyib.