14:41
385
İran ordusu baş komandanın əmri ilə Hörmüz boğazında nəzarəti və müşahidəni gücləndirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası ordusunun nümayəndəsi Məhəmməd Əkraminiya məlumat verib.
"Ordunun hazırlıq səviyyəsi əvvəlki dövrlə müqayisədə artıb və hazırda ordu baş komandanının əmri ilə Hörmüz boğazında daha ciddi nəzarət və müşahidə həyata keçirilir", – deyə İranın "Fars" agentliyi onun sözlərindən sitat gətirib.
Əkraminiya qeyd edib ki, son həftələrdə İran silahlı qüvvələri ilə razılaşdırmadan boğazdan keçən gəmilər böyük risklərlə üzləşib və minalara düşüb. O həmçinin bildirib ki, yeni sistemlər, əvvəlki sistemlərin modernləşdirilməsi və ordunun döyüş strukturunun möhkəmləndirilməsi sayəsində boğaz üzərində nəzarət səviyyəsi yüksəlib.
Çərşənbə axşamı İran ordusunun baş komandanı general-mayor Əmir Hatəmi Hərbi Dəniz Qüvvələrinin komandanlığına ABŞ tərəfindən Tehranın yeddi şərti yerinə yetirilənə qədər Hörmüz boğazının bağlanması rejiminin günbəgün sərtləşdirilməsi barədə əmr verib.
Məryəm Quliyeva