BƏƏ-də baş verən yol qəzasında ölənlərin sayı 13-ə çatıb Dünya

BƏƏ-də baş verən yol qəzasında ölənlərin sayı 13-ə çatıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şimalında yerləşən Rəs əl-Xeymə əmirliyində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13 nəfərə yüksəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə əmirliyin polisinə istinadən "Gulf News" qəzeti məlumat yayıb.

Rəs əl-Xeymə təcili yardım xidməti nəşrə bildirib ki, qəza nəticəsində ümumilikdə 26 nəfər xəsarət alıb. Onlardan 14-ü xəstəxanalara yerləşdirilib.

Yol qəzası noyabrın 24-də baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Rəs əl-Xeymədəki Əl-Vətən küçəsində 40 sərnişinin olduğu avtobus yük maşını ilə toqquşub. Xəsarət alanlar arasında BƏƏ və Hindistan vətəndaşları da var.

Məryəm Quliyeva