14:02
280
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Ukraynaya səfər edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.
Çərşənbə günü, noyabrın 25-də estoniyalı nazir sosial şəbəkələrdə Ukrayna paytaxtından fotolar dərc edib.
"Sabahın xeyir, Kiyev", – deyə o yazıb.
Qeyd edək ki, Tsaxkna noyabrın 27-də Bakıya səfər edəcək və burada Estoniyanın Azərbaycandakı səfirliyinin açılış mərasimində iştirak edəcək.
Məryəm Quliyeva