Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib
Almaniyada sağradikal qrupa qarşı reyd zamanı üç yeniyetmə saxlanılıb
Türkiyə MN-dan Azərbaycan və Gürcüstanla birgə təlimlər barədə açıqlama - FOTO
Azərbaycan və Çin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq proqramı imzalanıb
16:08
210
Almaniyada "Terror 18" sağradikal qrupuna qarşı keçirilən reyd zamanı federal prokurorluq üç şübhəli şəxsi saxlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb.
14 və 15 yaşlarında olan üç Almaniya vətəndaşı Brandenburq, Aşağı Saksoniya və Şlezviq-Holşteyn ərazilərində saxlanılıb. Onlar terror təşkilatında iştirakda şübhəli bilinirlər. Eyni zamanda, bir neçə federal əyalətdəki on obyektdə axtarışlar aparılıb.
Federal Prokurorluğun məlumatına görə, "Terror 18" qısa müddətdə radikallaşan internet qrupunun bazasında yaranıb. Onun üzvlərini Almaniyanın siyasi və demokratik quruluşunu qəbul etməmələri birləşdirir.
İstintaqın versiyasına əsasən, şübhəlilər yanğın törətməyi və zorakılıq aktları, o cümlədən əcnəbilərin və siyasi müxaliflərin qətlini planlaşdırıblar.
Məryəm Quliyeva