Nazir: Azərbaycan “Kəmər və Yol” Enerji Tərəfdaşlığı çərçivəsində təşəbbüslərə töhfə verməyə hazırdır Siyasət

Nazir: Azərbaycan “Kəmər və Yol” Enerji Tərəfdaşlığı çərçivəsində təşəbbüslərə töhfə verməyə hazırdır

Azərbaycan “Kəmər və Yol” Enerji Tərəfdaşlığının 2027-ci il üzrə İş Planının icrasına və birgə təşəbbüslərin konkret layihələrə çevrilməsinə töhfə verməyə hazırdır.

"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Nazir bildirib ki, Çinin Çindao şəhərində “Kəmər və Yol” Enerji Tərəfdaşlığının İdarə Heyətinin ilk plenar iclasında Avrasiyanın enerji gələcəyində etibarlı bağlantıların və strateji tərəfdaşlığın rolunu vurğulanıb.

O qeyd edib ki, transsərhəd enerji əlaqələri, yaşıl enerji, innovativ texnologiyalar və maliyyələşdirmə üzrə əməkdaşlığı əhatə edən yekun sənədləri dəstəklənib.

Tədbir zamanı Pərviz Şahbazov Azərbaycanın enerji potensialı, strateji mövqeyi və regional əməkdaşlıq təcrübəsi ilə 2027-ci il üzrə İş Planının icrasına töhfə verməyə hazır olduğunu bildirib.

Nazir: Azərbaycan Nazir: Azərbaycan Nazir: Azərbaycan